
2011-ci ildən Babək filialının yaradılması ilə fəaliyyətə başlayan klinikamız beynalxalq standartlara uyğun sağlamlıq xidmətini ölkəmizə gətirmək üçün qurulmuşdur. Son illərdə gedərək artan tələbi qarşılamaq məqsədi ilə klinikaya edilən investisiyalar BMP-nin Azərbaycanın ən böyük özəl xəstəxanası olmasını təmin edir.
Bu gün çatdığımız nöqtədə 25000 m2 qapalı sahədə 200 yataq, 25 Reanimasiya yatağı, laminar hava axını ilə təchiz olunmuş 15 əməliyyat otağı və 5 doğumxanası, doğulan uşaqlar üçün 25 küveyzlik Reanimasiya ilə xidmət veririk. Önümüzdəki dövrdə dünyadakı ən irəli standartları hədəfləyərək verdiyimiz xidmətləri inkşaf etdirməyi davam edəcəyik. Ən yüksək səviyyədə tibbi xidmətlər, xaricdə təhsil alan və xaricdən dəvət olunan həkim heyəti, yüksək tibb servisi və ən üstün tibbi avadanlıqlar ilə xaricdə müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundayıq.
BMP Qadın və Uşaq sağlamlıq mərkəzində ümumi qadın sağlamlığı, hamiləlik təqibi, riskli hamiləliklərin təqibi, hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar kimi bir çox sahədə xidmət verməkdəyik. Əsasən ginekoloji əməliyatlardan sonra yaranmış fəsadların və sidikqaçırma kimi çətin problemlərin müalicəsi xəstəxanamızda edilməkdədir. Həmçinin BMP Qadın və Uşaq sağlamlıq mərkəzində Pediatriya və Neonatologiya şöbəsi xidmət göstərməkdədir. Təzə istifadəyə verilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş VİP pediatriya stasionarında 9 tək nəfərlik VİP otağı xidmətinizdədir. Stasionarın işıqlı otaqlarında TV, mikroklima havalandırma sistemi, tualet və hamam otağı, ananın uşağın yanında qalması üçün rahat yataq, yemək masası, dolab və s. vardır. Bundan əlavə olaraq analar üçün şöbədə xüsusi bir mətbəx təşkil edilmişdir.
Yenidoğulmuşlar reanimasiya və intensiv terapiya şöbəsində olan körpələr 24 saat ərzində mütəxəssis həkimlər və tibb bacıları tərəfindən nəzarət olunurlar. Şöbəmizdə ağır reanimasiya tədbirlərinə ehtiyacı olan yenidoğulmuşlar üçün nəzərdə tutulmuş bir reanimasiya zalı, infeksiya şöbəsi olan yenidoğulmuşlar üçün bir izolyator otağı və evə yazılmadan əvvəl sağlamlığa doğru gedən körpələrə ayrılmış bir otaqdan ibarətdir. Hər otaq ən müasir avadanlıq və bütün lazımlı tibbi avadanlıq və lazımi dərmanlar ilə təchiz olunmuşdur.
Xidmətlərimiz:
Diaqnostika
Rentgenoqrafiya
Mədə-bağırsaq sisteminin müayinələri
Xüsusi radioloji müayinələr
Ultrasonoqrafiya
USM
Rəngli doppler
Radiologiya
Kompüter tomoqrafiyası (KT)
Maqnit rezonans tomoqrafiya (MRT)
Qastroenteroloqiya
Qastroskopiya
Kolonoskopiya
Nevrologiya
EEQ
Video EEQ
EMQ
Kardiologiya
Elektrokardioqrafiya (EKQ)
Exokardioqrafiya (EXO)
Radial angioqrafiya
Angioplastika
Periferik angioqrafiya
Laboratoriya
Kliniki testlər
Hematoloji testlər
Biokimyəvi testlər
İmmun-autoimmun
Onkomarkerlər
Polimeraz Zəncirvari Reaksiya
Genetik
İnfeksiyalar
Bakterioloji
Patoloji-histoloji
Hormonlar
Xidmətlər:
Anesteziologiya və Reanimasiya
Hər növ anesteziya
Reanimasiya
Daxili xəstəliklər və endokrinologiya
Damar cərrahiyyəsi
Qadın xəstəlikləri (Ginekologiya) və Doğum
Hamiləlik və doğuş
Uşaqlıqda aparılan əməliyyatlar
Vulvada aparılan əməliyyatlar
Endoskopik yol ilə aparılan əməliyyatlar
Uşaqlıq artımında aparılan əməliyyatlar
Vaginada aparılan əməliyyatlar
Fizioterapiya
Kardiologiya
Non-invaziv diaqnostika
İnvaziv müdaxilələr
Neyrocərrahiyyə
Şiş əməliyyatları
Travma əməliyyatları
Anomaliya əməliyyatları
Beyin anevrizma əməliyyatları
Spinal əməliyyatlar
Periferik sinir əməliyyatları
Abses əməliyyatları
Epilepsiya əməliyyatları
Oftalmologiya
Göz xəstəliklərin diaqnostika və müalicəsi
Göz dibi xəstəlikləri
Yenidoğulmuşlarda ROP müayinəsi
Ortopediya və travmatologiya
Ümumi diaqnostika
Artroskopik diaqnostika
Cərrahi əməlliyatlar
Otolorinqologiya
QBB xəstəliklərin diaqnostika və müalicəsi
Qulaq əməliyyatları
Burun əməliyyatları
Qırtlaq əməliyyatları
Boğaz əməliyyatları
Pediatriya və neonatalogiya
Uşaq xəstəliklərinin diaqnostikası və müalicəsi (stasionar və ambulator)
Ümumdünya standartlarına uyğun təqvim üzrə bütün növ profilaktik peyvəndlərin aparılması
Psixiatriya
Plastik, estetik və rekonstruktiv cərrahiyyə
Baş, üz, boyun əməliyyatları
Orbita (göz yüvası) əməliyyatları
Qulaq əməliyyatları
Burun əməliyyatları
Dodaq əməliyyatları
Çənələr və üz sümükləri əməliyyatları
Tüpürcək vəziləri əməliyyatları
Sinir iflici əməliyyatları
Boyun əməliyyatları
Gövdə əməliyyatları
Uroqinetal əməliyyatlar
Yanıq əməliyyatları
Dəri və dərialtı əməliyyatlar
Bədən konturların düzəldilməsi əməliyyatları
Perinatologiya
Riskli hamiləliyin təqibi
USM
Genetik analizlər
Ana bətnində müalicə
Stomatologiya
Diş daşlarının təmizlənməsi
Diş əti xəstəliklərinin müalicəsi
Breketlə diş əyriliklərinin korreksiyası
Protezləmə
Vinir & Luminar
Estetik stomatologiya
Yenidoğulmuşlar reanimasiyası
Intubasiya
Süni tənəffüs aparatı vasitəsi ilə ağciyərlərin ventilyasiyasi
Surfaktantin yeridilməsi
Mərkəzi damarların (göbək arteriyasi və venası) kateterizasiyası
Mübadilə qan köçürülməsi
Fototerapiya
Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi
Neonatal skrininq testləri (fenilketonuriya, q6-fd və s.)
Endokrin pozğunluğun təyini
Çox az çəkili yarımçıq doğulmuş uşaqlara intensiv terapiya və sonraki qulluq
Terapiya
Trokal cərrahiyyə
Diafraqma cərrahiyyəsi
Kardiovaskulyar sistem, qan və limfa sistemi cərrahiyyəsi
Tənəffüs sistemi cərrahiyyəsi
Traxeya və bronxaların cərrahiyyəsi
Ağciyərlər və pleva əməliyyatları
Videotorakskopik əməliyyatlar
Döş qəfəsi, sternum və divarlaralığı
Lokal girişmələr
Ümumi cərrahiyyə
Kiçik cərrahi əməliyyatlar
Yırtıq əməliyyatları
Süd vəzi əməliyyatları
Qalxanabənzər vəz əməliyyatları
Yemək borusu əməliyyatları
Mədə əməliyyatları
Öd kisəsi və öd yolları əməliyyatları
Qara ciyər əməliyyatları
Nazik bağrısaq əməliyyatları
Yoğun bağrısaq əməliyyatları
Mədəaltı vəzi əməliyyatları
Peritonarxası əməliyyatlar
Dalaq əməliyyatları
Ürək-damar cərrahiyyəsi
Açıq ürək əməliyyatları
Qapalı ürək əməliyyatları
Damar əməliyyatları
Periferik damar əməliyyatları
Kiçik damar əməliyyatları
Simpatektomiya
Fleboloji əməliyyatlar
Hemangiomalar
Urologiya
Fibrorenoskop və Perkutan yolla (Holmium lazer)
Prostat vəzinin adonoması təbii yolla kəsiksiz cərrahiyyəsi
Androloji cərrahiyyə Protez, Plastik əməlyatları kişi və qadın inkontinansı
Kişi sonsuluğu və cinsi zəiflik müalicəsi
Uşaq cərrahiyyəsi
Şişlər
Kəskin və xroniki cərrahi infeksiyalar
Zədələr
Üz, ağız, boyun nahiyəsindəki qüsurlar
Döş qəfəsi əməliyyatları
Qarnın ön divarı və mədə-bağrısaq sisteminin əməliyyatları
Göbəyin anadangəlmə dəlikləri və sistləri
Patologiyalar
Mədə-bağırsaq keçirməməzliyi
Dalağın patologiyası
Qarın boşluğu orqanlarının zədələnməsi
Xarici cinsi üzvlərin patologiyası
Yemək borusunun artreziyaları və diqər qüsurları
Təcili tibbi yardım
24/7 təcili Kardioloji yardım
Travmotoloji təcili yardım
Uşaqlar üçün təcili tibbi yardım
Salam.Adım Elşen Hüseynlidir. GAZELLI-GROUP ŞİRKƏTİNİN SATIŞ ÜZRƏ APARICI MÜTƏXƏSSİSİYEM.Size ANTİSEPTİK GEL,SPREY VE DEZINFEKSİYALAR barədə TƏKLİF VERMƏK İSTƏRDİM... MƏNƏ AİDİYYATI SÖBƏ İLƏ ƏLAQƏ SAXLAMAQA KÖMƏKLİK GÖSTƏRMƏYİNIZI XAHIŞ EDIRƏM. İS NÖMRƏM 0772773391 .MƏHSULLAR TAM SERTİFIKATLAŞDIRILMIŞ VƏ BÜTÜN SƏNƏDLƏRİ TƏQDİM EDİLMƏKLƏ ,RƏSMİ MÜQAVİLƏ ƏSASINDA TƏKLIF EDİLİR..DIQQƏT VƏ GÖSTƏRDİYİNİZ KÖMƏYE GÖRƏ ÖNCƏDƏN TƏŞƏKKÜR EDİRƏM