Timoma – Timus vəzinin şişi

Timoma – Timus vəzinin şişi

Опубликовано в: | 2018-07-13
Timoma – Timus vəzinin şişi

Timusun üzvi-spesifik epitelial, yəni onun kortikal və medulyar epitel hüceyrələrindən inkişaf edən şişlərinə timoma deyilir.

Timusun kortikal zonasında kiçik ölçülü iyəbənzər epitel hüceyrələri yerləşir. Medulyar zonada olan epitel hüceyrələri isə 3 növdür: hipertrofik sito-plazmaya malik çıxıntılı hüceyrələr; hassal cisimciklərinin ətrafında, onun periferiyasında yerləşən iri poliqonal hüceyrələr; hassal cisimciklərini təşkil edən yastı epitel tipli buynuzlaşan epitel hüceyrələr.

Epitel hüceyrələrin bu müxtəlif növləri ilə əlaqədar timomaların da müvafiq növləri, o cümlədən də qarışıq formada, inkişaf edir. Limfoid hüceyrələr isə şiş dəyişikliklərinə məruz qalmadan demək olar ki, bütün timomalarda infil-trasiya şəklində iştirak edirlər. Lakin onların infiltrasiya intensivliyinin bu şişlərin proqnozunda mühüm rollan ola bilir. Belə ki, limfositar infiltrasiyanın intensivliyi artdıqca bu şişin gedişi daha xoş xassəli olur.

Timomalar klinik olaraq ya simptomsuz, ya immundefisit sindromlar şəklində, ya da autoimmun xəstəliklər (məsələn, revmatik xəstəliklər) şəklində özünü büruzə verir. Adətən orta və yaşlı şəxslərdə rast gəlinir.

Xoş xassəli və bəd xassəli olmaqla timomalar 2 qrupa bölünür.

Timomalar kapsula daxilində yerləşir, adətən bir və ya bir neçə oval düyündən ibarət olur, ölçüləri bir neçə mm-dən bir neçə sm-ə qədər olur, lakin çox əksər hallarda 8 sm-dən çox olmur. Kəsikdə şiş toxuması bozumtul-çəhrayı rəngdədir. Nekroz və qansızıma ocaqları qeyd edilir, bir-birindən fibroz arakəsmələrlə ayrılmış düyün və paycıqlardan ibarətdir. Bu mikrospik görünüş epitelial timomalar üçün ən xarakter əlamətlərdən hesab olunur. Bəzən isə iri ölçülü şiş toxumasında müxtəlif ölçülü kistoz boşluqlar görünür.

Timusun hansı epitel hüceyrələrindən inkişaf etməsindən, yəni histo-genezindən asılı olaraq timomaların aşağıdakı növləri ayırd edilir.

1. Kortikal hüceyreli timoma. Buna xırda iyəbənzər hüceyrəli timoma da deyilir. Timusun qabıq maddəsindəki iyəbənzər və kiçik oval epitel hüceyrələrindən inkişaf edir. Adətən bəd xassəli olan bu şiş iri ölçülərə malik olur.

2. Kortiko-medulyar hüceyrəli timoma. Buna qarışıq hüceyrəli timoma da deyilir. Şiş toxuması limfoid infıltrasiya içərisində səpələnmiş kortikal tipli xırda iyəbənzər epitel hüceyrələrindən, parlaq sitoplazmalı iri makrofaqlardan ibarətdir. Ona görə də mikroskopik müayinə zamanı limfosarkomalar, xüsusilə də Berkitt xəstəliyi ücün xarakter olan “ulduzlu səma’’ səkli görünür. Bu görü-nüş kortiko-medulyar hüceyrəli timornalänTJigər timomalardan diferensiasiya edən ən xarakter əlamətdir.

3. Medulyar hüceyrəli timoma timusun beyin maddəsinin epitellərindən inkişaf edir. Buna iri iyəbənzər hüceyrəli timoma da deyilir. Adətən xoş xassəli olan bu şiş bir-birinə sıx yerləşmiş iri fibroblastabənzər (iyəbənzər) hüceyrələrdən təşkil olunmuş enli zolaqlardan ibarətdir.

4. Qranulomatoz timoma. Bu zaman şiş toxumasında limfoqranuloma-toz xəstəliyi zamanı rast gəlinən xarakter hüceyrələrdən biri – iri çoxnüvəli Sternberq hüceyrələrinə bənzər atipik epitel hüceyrələri də görünür.

5. Timusun xərçəngi. Digər timomalardan fərqli olaraq bu zaman şiş toxumasında daha atipik, polimorf, anaplaziyalı, mitotik aktivlikli və az diferensiasiya etmiş epitel hüceyrələri görünür. Böyük sürətlə böyüyən bu şişlər kontakt üzv və toxumalara implantasion metastazlar verir.

Mikroskopik quruluşundan asılı olaraq timusun xərçənginin aşağıdakı variantları ayırd edilir,

a – Yastı epitelli xərçəng,
b – Adenokarsinoma (vəz epitelli xərçəng),
c – Parlaq hüceyrəli xərçəng,
d – İyəbənzər hüceyrəli xərçəng,

Müəllif: "Tokaral Cərrah" Dr. Cəmil Ələkbərov.



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan