Cəmil Ələkbərov - Cərrah (torakal)

Cəmil Ələkbərov Tokaral Cərrah
Cəmil Ələkbərov 11
Haqqında:
Ağciyər cərrahı Op. Dr. Cəmil Ələkbərov ilk ali təhsilini Azərbaycan Tibb Universitetində almış, daha sonra Rusiya Federasiyasının Kazan şəhərində ixtisasını təkmilləşdirmişdir. Rusiyanin və dünyanın bir neçə şəhərlərində konfranslarda çıxışlar etmiş, təkmilləşdirmə kurslarında iştirak etmiş, cərrahiyyənin son nəaliyyətlərini Bakı şəhərinə qayıdaraq burada tətbiq etməyə başlamışdır. Aspirantura təhsilini uğurla bitirərək Azərbaycan respublikasının Rusiyadakı səfirliyi tərəfindən mükafatla təltif olunmuşdur. 30-dan çox elmi məqaləsi vardır. Əsasən Endoskopik Torakal Cərrahiyyə üzrə fəaliyyət göstərməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmişdir. Dr. Cəmil Ələkbərov həmçinin Ağciyər Cərrahiyyə Mərkəzinin təsisçisi və həmçinin bu qurmuş olduğu mərkəzin hal-hazırda rəhbəridir.

Təhsili:
1986 – 1997 Orta təhsilini Beyləqan rayonu, Şərq qəsəbə orta məktəbində almışdır.
1998 – 2004 Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir.
2004 – 2006 Rusiya Federasiyası, Kazan Dövlət Tibb Üniversitetində Torakal cərrahiyyə üzrə Kliniki Ordinatura keçmişdir.
2006 – 2009 Kazan Dövlət Tibb Akademiyası Torakal cərrahiyyə üzrə Aspirantura oxumuş, dissertasiyanı vaxtından əvvəl bitirərək. səfirlik tərəfindən mükafatla təltif olunmuşdur.

İş təcrübəsi:
2009-cu ildən Ağciyər Xəstəlikləri İnistitutunda Torakal cərrahiyyə üzrə aparıcı elmi işçi vəzifəsində çalışmaqdadır.
2011-ci ildən Modern Hospitalda torakal cərrah kimi fəaliyyət göstərməkdədir.

Ağciyərin cərrahi xəstəlikləri:
Ağciyərlərin bullyoz – emfizematoz kistaları
Spontan pnevmotorakslar
Ağciyərlərin parazitar kistaları (Exinokokk, Aspergilloma)
Bronxoektaziya xəstəliyi
Ağciyərlərin absesi
Ağciyərlərin törəmələri (Hamartoma, Tuberkuloma, Karsinoma)
Hilotorakslar (Ductus thorasicus zədələnmələri)
Eksudativ plevritlər, Empiyemalar diaqnostikası və müalicəsi
Hemotorakslar
Döş qəfəsinin travmaları (ağciyərlərin zədələnməsi, qabırğaların sınıqları)
Qida borusu xəstəlikləri (perforasıiyası, leyomioması, divertikulları)
Ağciyər vərəminin müasir cərrahi müalicəsi
Diafraqmanın xəstəlikləri (relaksasiyası, travmatik perforasiyaları, törəmələri)
Divararalığının xəstəlikləri (Timomalar, dermoid kistalar, perikardın selomik kistaları, törəmələr)
Bronxial fistulaların müasir cərrahiyyəsi
Ağciyərlərdə əməliyyat sonrası baş vermiş ağırlaşmaların müasir cərrahi korreksiyası (Torakoplastikalar)
Ağciyər emfizemalarınin cərrahi müalicəsi (həcm kiçildici əməliyyatlar)
Traxeyanın daralmaları, travmatik zədələnmələri
Ağciyər qanaxmalarınin diaqnostikası və müalicəsi
Miasteniya xəstəliyinin müasir cərrahi müalicəsi


Cərrahi əməliyyatları:
Döş qəfəsində aparılan açıq əməliyyatlar (ağciyərlərin seqmentar rezeksiyaları, lobektomiya, bilobektomiya, pulmonektomiya)
Ağciyər kistalarının çıxarılması
Diafraqmanın plastikaları
Divararalığından törəmələrin, kistaların çıxarılması
Ağciyər defektlərinin ləğvi
Dekortikasiya, Torakoplasikalar
Qabırğaların plastikası
Traxeyanın plastikaları


Müasir endoskopik əməliyyatları:
Ağciyər kistalarının müasir Endoskopik üsulla çıxarılması
Spontan pnevmatoraksların müasir Endoskopik müalicəsi
Eksudativ plevrit və empiyemaların Videotorakoskopik cərrahiyyəsi
Hər iki ağciyər patologiyalarının biretaplı Endoskopik cərrahiyyəsi
Narkozsuz şəkildə icra olunan ağciyər əməliyyatları


Timoma – Timus vəzinin şişi

2018-07-13
Timoma – Timus vəzinin şişi

Timusun üzvi-spesifik epitelial, yəni onun kortikal və medulyar epitel hüceyrələrindən inkişaf edən şişlərinə timoma deyilir. Timusun kortikal zonasında kiçik ölçülü iyəbənzər epitel hüceyrələri yerləşir. Medulyar zonada olan epitel hüceyrələri isə 3 növdür: hipertrofik sito-plazmaya malik çıxıntılı hüceyrələr; hassal cisimciklərinin ətrafında, onun periferiyasında yerləşən...

Ağciyər absesi

2018-12-13
Ağciyər absesi

Ağciyər absesi kəskin və xroniki gedişi ilə xarakterizə olunur. Kəskin absesin klinikası ağır sepsis şəklində başlayır və iki dövrə bölünür. Birinci dövrdə absesin bronxla əlaqəsi hələlik olmur və bu səbəbdən xəstə bəlğəm xaric etmir, ikinci dövrdə abses bronxa açılır, irinli bəlğəm xaric olur. İkinci dövrdən başlayaraq ağciyər absesinin əsas simptomu qanla qarışıq irinli bəlğəmin xaric olmasıdır. İf...

Plevrit xəstəliyi nədir, əlamətləri və diaqnostikası

2019-02-25
Plevrit xəstəliyi nədir, əlamətləri və diaqnostikası

Plevrit dedikdə, parietal və visseral plevra təbəqələrinin diffuz və ya məhəlli irinli iltihabı, plevra boşluğunda irinin toplanması başa düşülür. Cərrahlıq praktikasında tez-tez rast gəlinən qeyri-spesifik irinli plevrit kəskin və xroniki şəkildə olur. Kəskin irinli plevrit birincili və ikincili ola bilir. Birincili irinli plevrit köks boşluğunun açıq yaralanmalarında və əməliyyat zamanı infek...

Ağciyər emfizeması nədir, əlamətləri və cərrahi müalicəsi

2019-02-25
Ağciyər emfizeması nədir, əlamətləri və cərrahi müalicəsi

Ağciyər emfizeması nədir? Ağciyər emfizeması ağciyər parenximasının, alveolların destruktiv dəyişikliklərilə müşayiət olunan hava ilə dolması, şişməsi, genəlməsidir. Bu xəstəlik, xronik destruktiv bronxit və bronxial astma ilə birlikdə, hazırda AXOX (ağciyər xronik obstruktiv xəstəliyi) tərkibindən biridir. Qeyd etmək lazımdır ki, ağciyər emfizemasına sərbəst olaraq çox az hallarda təsadüf olunur və onun mövcudluğu həkimlər...

10 saatlıq əməliyyat

2019-07-31
10 saatlıq əməliyyat

Elə bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi İdarəsində Cəmil Ələkbərov və ürək-damar cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Firuz Kazımov daha bir mükəmməl əməliyyata imza ataraq kişi pasiyent üzərində 10 saatlıq əməliyyat icra edərək, onu həyata qaytarıblar.Əməliyyat zamanı döş qəfəsində, ön divar aralığından başlayaraq ürəyi, aortanı, yuxarı boş venanı, sağ ağciyər payını ko...

Vərəm xəstəliyinin cərrahi müalicəsi

2019-07-31
Vərəm xəstəliyinin cərrahi müalicəsi

Ağciyər vərəmi xəstələrində cərrahi müdaxilələrin növləri Ağciyər rezeksiyası Ağciyər vərəmi olan xəstələrdə cərrahi müdaxilələrin əsas növü ağciyər rezeksiyasıdır. Bu əməliyyat vasitəsi ilə ağciyərin anatomik vahidi sərhədi daxilində yerləşən vərəm ocağının ləğv edilməsi mümkündür. Vərəm mikobakteriyalarının toplandığı əsas hissənin rezeksiyası vərəm əleyhinə olan immunitetin üzərinə düşən y&uu...

Ağciyər xərçənginin müasir müalicəsi

2019-07-31
Ağciyər xərçənginin müasir müalicəsi

Ağciyər xərçənginin müalicəsi xəstəliyin mərhələsinin düzgün təyin edilməsindən asılıdır. Ağciyər xərçəngindən sağalma ancaq cərrahi metodla mümkündür. Şüa ilə müalicə xəstənin vəziyyətini müvəqqəti olaraq yaxşılaşdırır, bəzi hallarda isə həyatını nisbətən uzadır. Ağciyər xərçənginin kimyəvi terapiyasında əldə edilən nəticələr hələlik o qədər də kafi deyildir. Ağciyər xər...

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat