10 saatlıq əməliyyat

10 saatlıq əməliyyat

Опубликовано в: BLOQ | 2019-07-31
10 saatlıq əməliyyat

Elə bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi İdarəsində Cəmil Ələkbərov və ürək-damar cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Firuz Kazımov daha bir mükəmməl əməliyyata imza ataraq kişi pasiyent üzərində 10 saatlıq əməliyyat icra edərək, onu həyata qaytarıblar.

Əməliyyat zamanı döş qəfəsində, ön divar aralığından başlayaraq ürəyi, aortanı, yuxarı boş venanı, sağ ağciyər payını kompressiya edən gigant şiş çıxarılıb. Əməliyyatda eyni vaxtda sağ tərəfli torakotomiya və orta sternotomiya kəsiklərdən istifadə olunmaqla 3 kiloqramlıq şiş radikal çıxarılıb. 

Rubrika.az saytı xatırladır ki, belə çətin, məsuliyyətli əməliyyatlar  C. Ələkbərovun praktikasında birinci deyil. Elə son uğurlu əməliyyatı ilə C. Ələkbərov Azərbaycan həkiminə olan inamı qorumaq yolunda böyük uğura imza atıb. Sirr deyil ki, bu gün əksər imkanlı şəxslər, bir çox hallarda imkansızlar belə müalicə üçün qonşu ölkələrə üz tuturlar. 10 saatlıq əməliyyatla xilas olunan 1958-ci il təvəllüdlü pasiyent də boğulma, təngnəfəslik, sinədə, ürəkdə çox güclü ağrı şikayətləri ilə həkimə müraciət edəndə onun ürəyində törəmə olduğu müəyyən edilib. Lakin, bir neçə həkim törəmə böyük olduğundan və çətin yerdə yerləşdiyindən əməliyyatın mümkün olmamasını bildirib. Əli hər yerdən üzülən xəstə artıq vəziyyətinin çox ağırlaşdığını görəndən sonra Türkiyəyə getmək istəyirmiş. Ancaq, Cəmil həkimə müraciət edəndən sonra onun başqa ölkəyə getməsinə ehtiyac qalmayıb. Qeyd etdiyimiz kimi çox ağır keçən 10 saatlıq əməliyyatdan sonra pasiyentin həyatı xilas edilib, sağlamlığına qovuşub. C. Ələkbərov bir daha xarici ölkə həkimlərinin əvəzedilməzliyi ilə bağlı mifi darmadağın edərək sübut etdi ki, öz ölkəmizdə də peşəkar, layiqli mütəxəsislər yetərincədir. Onun bu nailiyyəti bir daha göstərir ki, Azərbaycanda da dünya miqyaslı tibb mütəxəssisləri vardır-sadəcə onları yetərincə təbliğ etmək, qiymətləndirmək lazımdır. 

Müəllif: Ağciyər cərrahı Op. Dr. Cəmil Ələkbərov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan