Baku Medical Plaza Pediatriya ailəsi olaraq bir sevincimizi paylaşmaq istəyirik

Baku Medical Plaza Pediatriya ailəsi olaraq bir sevincimizi paylaşmaq istəyirik

Опубликовано в: BLOQ | 2019-06-29
Baku Medical Plaza Pediatriya ailəsi olaraq bir sevincimizi paylaşmaq istəyirik
"Baku Medical Plaza" Pediatriya ailəsi olaraq sizinlə bir sevincimizi paylaşmaq istəyirik. Artıq Babək filialımızda uzun zamandır planladığımız tam təşəkküllü "Uşaq Reanimasiyası və İntensiv Terapiya" şöbəsi quruldu və fəaliyyətə başladı. Bildiyimiz kimi, uzun müddətdir, istər Yenidoğulmuşların Reanimasiyası, istərsə də Pediatriyanın başqa sahələrində dünya standartlarına uyğun olaraq xidmət göstəririk. Bu müddətdə pediatriyanın bir çox yan sahələrini (kardiologiya, allerqologiya, nevrologiya, qastroenterologiya və s.) əlavə edərək hər cür problemi olan uşaqların qayğısına qalmağı özümüzə borc bildik. Pediatrik stasionarda çox ağır vəziyyətdə olan uşaqlara xidmət göstərməyimizə baxmayaraq ciddi tənəffüs çatışmamazlığı və eyni zamanda başqa orqan yetməzliyi olan pasientlərimiz üçün nəzərdə tutulan Uşaq Reanimasiyasının yoxluğunu həmişə hiss etmişik. Bunu nəzərə alaraq ən son texnologiya ilə təchiz olunmuş, ən yaxşı mütəxəssisləri (xaricdə bu sahədə işləmiş və təcrübə almış) və tibbi personalı olan reanimasiya şöbəsinin qurulmasının xəyalını qurduq. Bu gün etibarı ilə buna nail olduq. Hər cür ağır prosedurların (hemofiltrasiya, plazmafarez, periton dializi, HFO, ventilyasiya və s.) yerinə yetirildiyi, 24/7 işləyən və güclü pediatrik komandası olan "Uşaq Reanimasiyası"nı vətənimizin xidmətinə verməyin qürurunu və sevincini sizinlə paylaşırıq. Təmənnimiz və hədəfimiz "hər bir uşağı sağlam bir şəkildə ailəsinə təhvil verməkdir". Millətimizə və vətənimizə xeyirli, uğurlu olsun." 



Hörmətlə, Neonatalogiya və Pediatriya şöbələrinin müdiri - Uzm. Dr. Erkin Rəhimov.

Müəllif: Baku Medical Plaza (Babək filiali)


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan