Uzun müddət gizli formada irəliləyən böyrək xəstəlikləri, şəkərli diabet, hipertoniya, nefritlər, genetik meylliyi olan insanlar böyrək çatışmazlığı riski ilə qarşı-qarşıyadırlar!
Bu əlamətlərə diqqət:
1. Sadaladığımız xəstliklərdən biri sizdə varsa, bununla yanaşı enerjinizdə azalma, halsızlıq, təkrarlayan ürək bulantıları, qusma, ayaqlarda şişkinlik və.s kimi əlamətlər müşahidə olunursa mütləq həkimə müraciət edin! Qan və sidik analizləri erkən diaqnozda çox böyük rol oynayır.
2. Şəkərli diabet xəstələri! Kontrol altında tuta bilmədiyiniz yüksək şəkər böyrək nefropatiyalarını özü ilə gətirir.
3. Yüksək təzyiq böyrək çatışmazlığına səbəb olan xəstəliklər içində ikinci yeri tutur. Hipertoniya xəstəliyində beyin və ürək damarları qədər böyrək damarları da zədələnə və böyrəklərin büzüşməsinə gətirib çıxara bilər.
4. Böyrəklərinizi iltihaba qarşı qoruyun! Virus mənşəli xəstəliklər, böyrək daşları, allergik reaksiyalar nefrit xəstəliyinə səbəb ola bilir. Və bu böyrək çatışmazlığına qədər gəlib çıxır. Sidikdə çəhrayı rəng və ya köpüklənmə kimi əlamətlər gördüyünüzdə həkimə müraciəti unutmayın.
5. Genetik meylliliyi olan insanlar risk altında olduqlarını unutmamalıdırlar. Polikistoz xəstəliyi başda olmaqla bir çox genetik böyrək xəstəlikləri böyrək çatışmazlığına səbəbdir. Unutmayın erkən diaqnoz həyat qurtarar!
Sağlamlığınızı peşəkarlara əmanət edin!
Müəllif: Mediline Group Assistance
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir