Mediline Group Assistance 2011-ci ildə şəxslərin ölkə xaricində müayinə və müalicələrinin təşkil olunması, həmçinin bu səbəblə Azərbaycana gələn beynəlxalq ziyarətçilərinə medikal, yol kömək və səyahət asistanslığı xidmətləri vermək üzrə quruldu.
Qısa müddət ərzində, müştərilərimizin artan ehtiyacları və ehtiyacları daxilində fəaliyyət sahəsini genişləndirdik. Müştərilərimizin gözləntilərinə verdiyimiz əhəmiyyət bu gün bizi sektorun qabaqcıl qurumuna çevirməktədir.
Fəaliyyətimizi fərqli sektorlardan gələn çox müxtəlif müştəri profili tamamlayır.
Bu gün Türkiyə və Azərbaycan başda olmaqla Avropa, Qafqaz və digər regionları da əhatə edən geniş bir coğrafiyada 24/7 hər bir mövzuda mütəxəssis komandamızla xidmət veririk.
Sizə göstərdiyimiz xidmətin keyfiyyətini ən yüksək səviyyədə saxlamağı təmin etmək üçün mütəmadi olaraq xidmət təminatçımıza nəzarət edirik.
Müştərilərimizin gedəcəyi xəstəxanalar və klinikalardakı xidmət səviyyəsi diqqətdə saxlayır və aralarından ən yaxşı xidmət göstərənlərlə əməkdaşlığı davam etdiririk.
Bizim nəzarət və yoxlamalarımız ən yaxşı xidməti təmin etmək üçün bir qayda olaraq vaxtaşırı həyata keçirilir.
Tərəfdaşlarımızla sıx əməkdaşlıq bizim üçün çox vacibdir. Məşğul olduğumuz sahənin inkişafını təmin etmək və Azərbaycanın ən peşəkar müəssisələri ilə əlaqələrimizi artırmaq məqsədilə, müxtəlif məsələlər üzrə bir sıra qurum və şirkətlərlə əməkdaşlıq edirik. Buraya xidmət sahələrinin genişləndirilməsi və şirkətin rəqabətliliyinin daha da yüksəldilməsi və fəaliyyət prosedurların davamlı təkmilləşdirilməsi, habelə beynəlxalq əlaqələrimizin artırılması da daxildir.
Xaricdə müalicə
Tələbatın hər gün yüksəldiyi medikal assistantlıq xidməti Mediline Group Assistance sayəsində indi daha əlçatandır. İstər ölkəmizdə yaşayanların müxtəlif ölkələrdə müayinə və müalicə olunmaları, istərsə də əcnəbi ölkələrdən öz tibbi ehtiyacları üçün Azərbaycanı seçənlərə ən keyfiyyətli xidmət tərəfimizdən təqdim olunur.
Yüksək keyfiyyət standartlarına sahib xəstəxanalar, klinikalar və ən peşəkar həkimləri, müalicə məqsədli paketləri ilə başda Türkiyə olmaqla, əlaqədə olduğumuz tibb müəssisələrinin yerləşdiyi ölkələr səhiyyə sektorunda və sağlamlıq turizmində ilk ağla gələn ünvanlardır.
Xəstələrin xaricdə müayinə və müalicə olunmaq üçün Mediline Group Assistance şirkətinə müraciət etmək səbəbləri;
1. Keyfiyyətli və etibarlı tibbi xidmətlər əldə etmək üçün,
2. Müalicələrini daha münasib qiymətlərlə yerinə yetirmək üçün,
3. Gözləmədən yararlanmaq üçün,
4. Tibbi xidmətlərə peşəkar qaydada çatmaq üçün,
5. Özləri haqqında məxfiliklərin heç bir halda zərər görməməsi üçün.
ŞƏKİLLƏR
VİDEOLAR
1
2
3
4
5
6
7
8
site.more_ctegories
Bağla