Dəri Xərçəngi Nədir?
Dəri xərçəngi anormal dəri hüceyrələrinin idarə edilməyən artımıdır. Bu, o zaman baş verir ki, bərpa edilməmiş DNT dəri hüceyrələrini zədələməsi (çox vaxt günəş şüalarının ultrabənövşəyi radiasiyası və ya günəş vannalarının təsiri nəticəsində) mutasiya və ya genetik çatışmazlıq yaradır ki, bu da dəri hüceyrələrinin sürətlə çoxalmasına və bədxassəli şiş əmələ gətirməsinə səbəb olur.
Dəri xərçəngi, ABŞ-da ən geniş yayılmış xərçəng növüdür. Hər il 3.5 milyon yoxlanılan şəxslərin 2 milyonunda dəri xərçəngi aşkar edilir. Hər il, döş, prostat, ağ ciyər və yoğun bağırsağın kombinə edilmiş xərçəng xəstəliyi hallarına nisbətən daha çox yeni dəri xərçənginə xəstələnmə halları müşahidə edilir. Hər beş Amerikalının birinin bütün həyat dövrü ərzində dəri xərçəngi inkişaf edəcəkdir.
Dəri xərçənginin üç növü mövcuddur: bazal hüceyrə xərçəngi (BHX), yastı hüceyrəli xərçəng (YHX) və bədxassəli melanoma.
Müəllif: "Baş-boyun cərrahı" Onkoloq Dr. Əziz Əliyev.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir