Əziz Əliyev - Cərrah (Ümumi), Onkoloq (Baş-Boyun Cərrahı)

Əziz Əliyev Onkoloq, Baş-boyun cərrahı
Əziz Əliyev 13
  • Cərrah (Ümumi), Onkoloq (Baş-Boyun Cərrahı)
  • İş təcrübəsi 17 il
  • (+99412) 537-08-22
  • (+99451) 435-64-00
  • Baz.Er. - Cümə 09:00 - 16:00
  • Milli Onkologiya Mərkəzi
Haqqında:
Əliyev Əziz - "Professor" Həkim "Baş-boyun cərrahı"

Təhsili:

1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib.
1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakultəsinə daxil olub.

1992-ci ildə Azərbaycan Respublikasının Dövlət proqramı ilə təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirib.
1999-cu ildə Nyu-York Universitetində təhsilini bitirib.
1999-cu ildən 2002-ci ilədək Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasında təhsil alıb. Rezidentura müddəti ərzində baş-boyun nahiyyəsindəki şişlərin cərrahi müalicəsi üzrə rotasiyalar keçib.

İş təcrübəsi:
2002-ci ildən Azərbaycan Tibb Universitetinə işə qəbul olunub.
2003-cü ildə ABŞ-da müdafiə edilmiş elmi işi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
2008-ci ildə tibb elmləri doktoru dissertasiya işini uğurla müdafiə edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
2009-cu ilin may ayından 2010-cu ilin noyabr ayınadək cərrah tibb diplomunu Almaniyada təsdiqləyib.
2011-ci ildə cərrah tibb diplomunu Avstriyada təsdiqləyib.
2011-ci ildən 2013-cü ilədək Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində calışıb.
2013-cü ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə ictimai əsaslarla prorektor vəzifəsində çalışıb.
2013-ci ilin may ayından AR SN Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri bölməsinə aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır.
2015-ci ildən “onkologiya” və “şüa diaqnostikası və terapiyası” ixtisasları üzrə
FD 03.021 – Dissertasiya şurasının üzvüdür.
2015-ci ildən AR SN Milli Onkologiya Mərkəzinin Elmi şurasının sədr müavinidir.
2015-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunub.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə onkologiya üzrə “professor” elmi adına layiq görülüb.
2016-cı ildə Amerika Birləşmiş Ştatlarında məşhur mərkəzlərindən biri olan Sloan-Kettering Xərçəng mərkəzində “baş və boyun onkologiyası” üzrə cərrah beynəlxalq diplomu təsdiqləyib.
________________________________________________________________________                        
Daha ətraflı məlumat almaq üçün veb səhifəyə keçid alin: www.draliyev.com

Dəri Xərçəngi Nədir?

2018-10-09
Dəri Xərçəngi Nədir?

Dəri xərçəngi anormal dəri hüceyrələrinin idarə edilməyən artımıdır. Bu, o zaman baş verir ki, bərpa edilməmiş DNT dəri hüceyrələrini zədələməsi (çox vaxt günəş şüalarının ultrabənövşəyi radiasiyası və ya günəş vannalarının təsiri nəticəsində) mutasiya və ya genetik çatışmazlıq yaradır ki, bu da dəri hüceyrələrinin sürətlə çoxalmasına və bədxassəli şiş əmələ gətirməsinə səbəb olu...

Endoskopik Baş və Boyun Cərrahiyyəsi (EBBC)

2019-01-09
Endoskopik Baş və Boyun Cərrahiyyəsi (EBBC)

Minimal müdaxiləli və ya endoskopik baş və boyun cərrahiyyəsi (EBBC) -cərrahların xarici kəsik aparmadan xüsusi endoskop və kameralardan istifadə etməklə və adətən nitqdə, xarici görünüşdə və udqunma funksiyasında kiçik dəyişikliyin olması və ya heç bir dəyişikliyin olmaması ilə şişlərin götürülməsinəimkan verən yeni bir dinamik yanaşmadır. Bu endoskop xüsusi işıqlandırmaya və dar linzaya...

Qırtlaq xərçəngi

2019-01-09
Qırtlaq xərçəngi

Qırtlaq həmçinin səs bloku kimi tanınır, boğazın arxasında nəfəs borusunun (traxeyanın) qarşısında yerləşir.Onun üç fərqli bölməsi vardır:Hava doğru səs bağlarından buraxılarkən, onlar vibrasiya edərək səs yaradırlar. Qırtlağın xərçəngi, həmçinin laryngeal xərçəng adlanır, elə bir xərçəng növüdür ki, o qırtlaq toxumasının içərisində inkişaf edir.Qırtlaq xərçəngi...

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
1
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat