Bioloji Tebabet - Xalq təbabəti

Tibb müəssisələri
Bioloji Tebabet 1
  • Xalq təbabəti
  • (+99412) 430-89-89
  • (+99455) 430-89-89, (+99450) 430-89-89
  • Baz.Er. - Şənbə 09:00 -18:00
  • AZ1044, Bakı ş., Pişevari 110, 3 mkr, Nəsimi r-nu.

Bioloji Təbabət klinikası  2009-cu il may ayından fəaliyyət göstərir. Azərbaycanda ,həmçinin postsovet məkanında bioloji təbabətlə məşğul olan yeganə klinikadır. Dünyanın Almaniya, Kolumbiya, İsveçrə və digər inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən “Paracelsus”, “Leben” , “Biomedicine Centre” və s. kimi bioloji təbəbət klinikalarının sırasına postsovet məkanında yeganə olaraq Azərbaycanda yerləşən “Bioloji Təbabət Klinikasi” daxil edilmişdir.

Bioloji Təbabət klinikası bioloji təbabətin ən yeni və effektiv üsullarını özündə birləşdirir. Dünyanın bir çox ölkələrində ixtisaslaşmış bioloji təbabət həkimləri akademik təbabətdə əldə etdikləri biliklərlə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar.
Bioloji təbabət xəstəlik aysberqinin təkcə görünən hissəsini məhv etmir, o həmdə xəstəlik aysberqini bütövlükdə əridə biləcək gücə malikdir.
Öz – özünü tənzimləmə orqanizmdə daim baş verən bioloji proseslərin tarazlıqda olması deməkdir.Uzun zaman təsir edən çoxsaylı səbəblər nəticəsində bu tarazlıq pozulur və fərdi xüsusiyyətlərdən asılı olaraq insanlarda müxtəlif ağır xroniki xəstəliklər yaranır.
Bioloji təbabət xüsusilə xroniki xəstəlikləri çox uğurla müalicə edir.

Bioloji təbabət öz müalicəvi üsullarını insan orqanizminin öz-özünü tənzimetmə funksiyalarını aktivləşdirmək istiqamətində tətbiq edir.
Onurğa yırtığı xəstəliyi artıq əməliyyat olmadan uğurla müalicə olunur. Hormonal pozulmalar, psoriaz, artroz, qırmızı qurd eşənəyi, trofiki və diabetik xoralar, başlanmış qanqrena artıq Bioloji təbabət üsulları ilə müalicəsi mümkün olan xəstəliklər sayılır.
Bioloji təbabət  fərqli düşünür. Fərqli  düşünən  fərqli  iş görür.
Bioloji təbabətə əsasən,insan orqanizmi  özünü tənzimləmə imkanlarına malik olan vahid  biosistemdir.    Bu imkanların uzun müddət pozulması ağır  xroniki  xəstəliklərə,o cümlədən  şiş xəstəliklərinə qədər  gətirib çıxara bilir.
Öz –özünü tənzimləmə  orqanizmdə  daim baş verən bioloji proseslərin tarazlıqda olması  deməkdir.Uzun zaman təsir edən çoxsaylı səbəblər nəticəsində bu  tarazlıq pozulur və fərdi xüsusiyyətlərdən asılı olaraq insanlarda  müxtəlif ağır  xroniki  xəstəliklər yaranır.
Bioloji təbabət xroniki xəstəliklərin müalicəsində insanın  öz-özünü tənzimləmə, müdafiə və sağaltma qabiliyyətini bərpa edir.
 Bioloji təbabətdə xəstənin fərdi xüsusiyyətləri əsas götürülür, və buna görə də Bioloji təbabət xəstəliyi deyil,xəstəni müalicə edir.
Bioloji təbabətdə müalicə üçün istifadə olunan dərman preparatlarının heç bir əlavə təsiri yoxdur,çünki onların miqdarı insan orqanizmində olan bioloji prosesləri idarə edən bioloji maddələrin miqdarındadır.
Sumqayıt  və Göyçay şəhərlərində  fəaliyyət  göstərən filiallarımızda əhalimizə yüksək səviyyədə  tibbi xidmət göstərilməkdədir.

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat