Cavid Aşurov - Uroloq

doctor
Cavid Aşurov 18
Aşurov Cavid - Həkim "Uroloq"

Haqqında

- Azərbaycan Andrologiya Assosiasiyasının idarə heyyətinin üzvü

- Avropa, Türkiyyə və Rusiya uroloji-androloji assosiasiyaların üzvü

- TƏBİB-in uronefroloji xidmətin andrologiya üzrə eksperti

- Andro.az (Azərbaycanda sübuta əsaslanan andrologiya) peşəkar tibbi lahiyənin rəhbəri

- İ.M.Seçenov adına Tibb Universitetinin Bakı filialın konsultantı

Təhsili

2001-2007-ci illər ən yüksək nəticələrlə Azərbaycan Tibb Universiteti - müalicə işi fakultəsi

2007-2008-ci illər Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının bazasında, Azərbaycan Tibb Universitetinin urologiya kafedrası - androlog ixtisası üzrə internatura

2008-2010-cu illər Moskva ş. S.P. Botkin adına Şəhər Klinik Xəstəxanasının bazasında, Diplomdan sonrakı təhsil üzrə Rusiya Tibb Akademiyasının urologiya və cərrahi andrologiya kafedrası - urolog ixtisası üzrə klinik ordinatura

Kurslar

Azərbaycan andrologların 1 simpoziumu, Bakı, noyabr 2007

Rekonstruktiv urologiyasının aktual məsələləri - II və III konfranslar. Urologiya və  cərrahi andrologiya kafedrası, RMAPO, Moskva, noyabr 2008, noyabr 2009

Urologiyanın aktual sualları konfransı, Urologiya, andrologiya və qenital cərrahiyyə mərkəzi, Moskva, oktyabr 2009

Rusiya onkourologları IV-cü konfransı, Moskva, oktyabr 2009

Kişi sağlamlığı IV və VI-ci konfranslar, Kişi sağlamlığı beynəlxalq cəmiyyəti, Moskva, noyabr 2008, iyun 2010

III və IV elmi - praktik konfrans, beynəlxalq iştirakla - urologiyada rasional farmatoterapiya. Moskva, fevral 2009, fevral 2010

7 və 8-ci elmi-təhsil forumları, Kişi sağlamlığı və uzun ömür. Moskva, fevral 2009, fevral 2010

Eurasian urologi summit. Moskva, may 2010

Reproduktiv təbabət üzrə 4-cü Beynəlxalq konqress. Moskva, yanvar 2010

Endouroloqiya və yeni texnologiyalar üzrə II-ci Rusiya konqressi, endourologların ümumdünya assosiasiyası. Moskva, may 2010

Sidik-cinsiyyət sistemin xəstəliklərinin cərrahi müalicəsi kursu, Мoskva, fevral 2010

Onkourologiya simpoziumu. Bakı, dekabr, 2010

Avropa Uroloqlar Assosiasiyasının kursu, iyun, 2012

Kişi Sağlamlığın Beynalxalq diplomdan sonrakı məktəbi. PRİSM, 2015

Azərbaycan urologiya və andrologiya assosiasiyaların simpoziumu, iyun 2015

Rusiya Androloqların Peşəkar Assosiasiyanın Konqresi. Soçi, may 2015

Avropa Uroloqlar Assosiasiyanın kursu – kişi sonsuzluğun müalicesinde yeniliklər. Sentyabr 2015

Uroonkologiya Qış konqresi və kursu. Yanvar-fevral 2015

Rusiya Uroloqlar Cəmiyətin konqresi. Sankt Peterburq, sentyabr 2015

Dermatovenerologiya e-Akademiyasının I konfransı. Bakı, oktyabr 2017

Kişi sağlamlığı konfransı. Soçi, aprel 2018

Türk androloji cəmiyyətin konfransı. Bodrum, may 2018

Avropa Uroloqlar Assosiasiyanın kursu - kişi sidik ifrazın pozulması. iyun 2018

Ukraina uroloqlar assosiasiyanın konfransı. Kiev, iyun 2018

Estetik andrologiya kursu. Andrologiya məktəbi. Moskva, iyul 2018

Səhiyyənin təşkili kursu, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, aprel-may 2018

Özəl tibb klinikanın təşkili kursu, Moskva, avqust 2020

Kişi sonsuzluğu kursu, Uroedu Moskva, iyul 2021

Urologiya kursu və sertifikasiya imtahanı, Ə.Əliyev adına ADHTİ, 2013, 2018, 2022

Eurasian urologi summit, iyun, 2022

Tədrisçinin təməl bacarıqlarının inkişafı kursu, USAİD, ÜST Bakı ofisi, oktyabr-noyabr 2023

İcra olunan prosedurlar

Kişi sonsuzluğunun bütün növləri (azoospermiya, oliqo-, asteno-, teratozoospermiya, immunoloji faktorlar), kişilərdə seksual problemlər (erektil disfunksiya, erkən boşalma, libidonuz azalması, toy qecəsi uğursuzluq sindromu), kişilərdə hormonal pozuntular (qenetik xəstəlikləri nəticəsində yaranan endokrin dəyişikliklər, hipoqonadizm, oğlanlarda cinsi inkişafın pozulması, yaşla bağlı androqen defisit), penisin və xayaların xəstəlikləri (varikosele, hidrosele, kistalar, Peyroni xəstəliyi, Priapizm və s.), prostat vəzin xəstəlikləri (hiperplaziya, prostatitlər), sidik cinsiyyət orqonların iltihabi xəstəliklər (sistit, uretrit, cinsi yolla keçən xəstəliklər, epididimit, orxit).

Androloji mikroskopik əməliyyatlar, genital və lazer cərrhaiyyə, endoskopik müdaxilələr (m-TESE, Marmar, Nesbit, Vinkelman, Penil böyütmə, protezləşdirmə və s.), Kişi estetik prosedurlar, PRP, Dalğa Zərbəli Terapiya və s.

İş Təcrübəsi

2011-2013 illər Respublika Diaqnostika Mərkəzi - həkim uroloq-androloq

2013-2018-ci il Sağlam Ailə Tibb mərkəzi - həkim uroloq-androloq

2018-ci ildən hal-hazıra kimi Koreya Universitetin Klinikası - həkim uroloq-androloq

2010-cu ildən hal-hazıra kimi Akademik M.C. Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanası - həkim androloq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutun urologiya kafedrası - elmi işçi, tədris hissəsinin kuratoru

Doktor salam ,siz seba klinikada işliyirsiz?

Azər, 15-11-2019

Salam bəy. Cavid doktor Mirməmməd Cavadzadə Adina Uroloji Xəstəxanasında çalışır

Tibbiportal, 02-05-2020
Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan