Miqren

Miqren

Опубликовано в: | 2018-07-26
Miqren
Miqren tutmaları çox zaman müxtəlif tətikləyici amillərin (triqqerlər) təsiri nətıcəsində baş verir.
Araşdırmalar göstərir ki xəstələrin 90% ən azı bir triqqerı qeyd edir. Ən çox rast gəlinən triqqerlərə fiziki və ya emosional stress (77%), menstruasiya (qadınların 72%), parlaq işıq (65%) və kəskin qoxular (61%)
Triqqerlərə aid əsas müddəalar aşağıdakılardır:

1.Hər miqren xəstəsinin özünəməxsus triqqeri olur.
2. Qırmızı şərab, acı şokolad, stress, kimi klassık triqqerlər hər miqren xəstəsində tutmaya səbəb olmur.
3. Xəstəüçün xarakterik olan triqqer heç də həmişə tutmaya səbəb olmur.
4. Tutmanın yaranması üçün iki və daha çox triqqerın müştərək olması vacibdir.
5. Bəzi triqqerlər tutmanın aradan qalxmasına da səbəb ola bilər. Məsələn Koffein.
Miqrenin əsas triqqerləri aşağıdakılardır.

Qidalar:

Alkoqollu içkilər (qırmızı şərab, pivə, viski, şampan şərabı).
Yetişmiş pendir.
Şirin dadlandırıcılar.
Koffein (həddən ziyadə istifadə və istifadənin dayandırılması).
Soğanaqlı tərəvəzlər (soğan, sarəmsaq).
Ət konservaları və kolbasa məmulatları.
Qoz , fındıq növlərı.
Qida əlavələri (nitritlər, nitratlar, natrium-qlütamat).
Duzlu qida.
Qurudulmuş balıq.
Qurudulmuş müyvələr.
Sitrus meyvələri.
Şokolad.
 
Digər triqqerlər:
 
Orqanizmin susuzlaşması.
Depressiya.
Həddən artıq fiziki yük.
Yorğunluq.
Gözlərin gərgin liyi.
İşıq qıcıqlandırıcıları (parlaq işıq, gün işığı).
Menstrual dövr.
Dərman pereparatları (nitroqliserin, kurantil).
Küylər.
Kəskin qoxu.
Həmışəkindən az və ya çox yuxu.
Qida qəbulu arasındakı fasılınin uzanması.
Stress.
Televizora baxmaq.
Hava dəyişmələri.
 
Miqren tutmalarından necə qaçmaq olar:
 
1. Vaxtı vaxtında və bol vitaminli (vitamin-mineral komplekslərindən də istifadə etmək olar) qida qəbulu.
2. Fiziki aktivlik.
3. Kifayət qədər yuxu.
4. Zərərli vərdişlərdən(alkoqollu içkilər, siqaret)uzaq olmaq.
5. Gərgin iş rejimi zamanı mütəmadı fasilə və istirahət etmək.
6. Bacardıqca stresslərdən uzaq olmaq.
7. Susuzlaşmanın qabağını almaq. Bunun üçün hər qida qəbulundan əvvəl iki stəlan su içmək yetərlidir.
8. Oral kontraseptivlərdən istifadə etməmək.

Müəllif: "Nevroloq" Dr. Aslanov Babək 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan