Terapiya

Terapiya

Опубликовано в: | 2018-05-18
Terapiya
Yunan dilindən tərcümədə «therapeia» müalicə və qayğı deməkdir. Terapevtin səlahiyyətinə daxili orqanların və bir çox sistemlərin, belə ki tənəffüs, ürək-damar, həzm,həmçinin qaraciyər, sidik-ifrazat, dəri xəstəliklərinin, maddələr mübadiləsi və s. kimi pozuntuların müasir müayinə üsullarından istifadə edərək səbəblərini araşdırmaq, müalicəsini ,profilaktikasını, yəni qarşısının alınmasını və reabilitasiyasını həyata keçirmək daxildir.

Əgər pasient hansı profilli həkimə müraciət etmək lazım olduğunu bilmirsə o ilk olaraq elə terapevtə müraciət etməlidir. Terapevt ümumi profilli hekim deməkdir.

Terapevt xəstələrin ilkin qəbulunu aparır, şikayətini toplayır, uyğun olan laborator-instrumental müayinə üsullarından istifadə edərək daxili orqanların funksional durumunu , xəstəliyin səbəbini araşdırır, zəruri hallarda xəstəni digər dar profilli mütəxəssislərə yönəldir (məsələn: şəkərli diabet aşkarlanarsa-endokrinoloqa; şişlərə şübhə yaranarsa-onkoloqa və s. ), xroniki xəstələri dispanser müşahidəyə götürür, reabilitasiya planını tərtib edir.

Müəllif: Nəbz klinikası



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan