Tibb sahəsində SMM xidməti gərəklidirmi?

Tibb sahəsində SMM xidməti gərəklidirmi?

Опубликовано в: BLOQ | 2021-02-16
Tibb sahəsində SMM xidməti gərəklidirmi?

SMM xidməti (https://sharafmedia.az/services/smm-xidmeti/hazırda bir çox sahədə istifadə olunur. Çünki peşəkarlar dijital reklamın mahiyyətini dərk edir və rəqabət mühitində bunsuz keçinməyin mümkün olmayacağını yaxşı bilirlər. O sahələrdən biri də tibb sahəsidir.

Son illər klinikaların, hospitalların, həkimlərin sosial şəbəkələrdə aktivliyini müşahidə edirik. Bu aktivlik özünü nələrdə biruzə verir?

-Tibbi kontentlərin sayı çoxalır;

-Tibb, sağlamlıq, səhiyyə ilə bağlı qrup və kanallar açılır;

-Pasiyentlərin sosial şəbəkələrdəki rəy və müraciətləri istər tibb ilə bağlı qruplarda, istərsə də səhifələrdə cavabsız qalmır.

 

SMM xidməti bu sahənin inkişafına necə təsir göstərə bilər?

Məlumdur ki, tibbi ifadələr, açıqlamalar hər kəsin anlayacağı tərzdə olmur. Bunun üçün həkim kontent yaradan şəxslərlə ünsiyyətdə olmalıdır. Sağlamlıq, səhiyyə ilə bağlı mövzular hər kəs üçün anlaşılan olmalıdır. SMM xidməti təklif edən agentliklərdə bu komanda şəklində həyata keçirilir. Şəkillər, videolar, postlar, məqalələr - hamısı həkimlə birlikdə və geniş araşdırmaya əsaslanan şəkildə hazırlanır. Terminləri maksimum sadə və maraqlı tərzdə təqdim edirlər. İnsanlar anlaya bildiklərinə daha çox güvənirlər, nəinki özünü ağıllı göstərmək istəyən şəxslərə. Həm də ki, sosial şəbəkələrdəki müraciətləri cavablandırmağa bəzən nə həkimlərin, nə də ki, tibbi qurumlardakı digər əməkdaşların vaxtı olmur.

Bu məsələlərə görə də həkimlər rəqəmsal platformalarını bu sahənin mütəxəssislərinə tapşırsalar, daha uğurlu nəticə əldə edərlər. Həm də sadəcə öz işlərinə fokuslana bilərlər.

 

Klinika və hospitallarda isə SMM xidməti üçün əməkdaşlıq etmək daha zəruri hala gəlib. Çünki onların daxilində müxtəlif tibbi xidmətlər mövcuddur. Hər bir xidmətlə bağlı yanaşma fərqli olsa da, strategiya eyni olmalıdır. Məsələn, pediatrla aritmoloqun sahələri, auditoriyaları, pasiyentləri ilə ünsiyyət formaları fərqli ola bilər, amma bir qurumun daxilində olduqları üçün fəaliyyətləri ilə bağlı eyni rəqəmsal marketinq strategiyası tətbiq olunmalıdır.

 

Tibb müəssisələri niyə SMM xidməti üçün agentliklərə müraciət etsinlər?

Bəzi müəssisələr rəqəmsal platformalarının idarəsini daxili komandaya tapşırır. Lakin onlar dijital sahənin mütəxəssisi olmadıqları üçün bunun öhdəsindən gələ bilmirlər. Bundan əlavə, agentliklərin müxtəlif sahələrdə müştəriləri olur. Bu da onların ən rəsmi sahəyə belə yaradıcı yanaşma bacarıqlarını təkmilləşdirir. “Sağlamlıqla bağlı mövzuları insanlara necə maraqlı təqdim etmək olar?” sualının cavabını agentlik işçiləri daha yaxşı bilirlər. Çünki onlar fərqli sektorlarla əməkdaşlıq etdikləri üçün sadəcə ağ rənglə çalışmırlar.

 

Əgər siz də yalnız öz işinizlə məşğul olub rəqəmsal sahəni peşəkarlara həvalə etmək istəyirsinizsə, “Sharaf Media” reklam agentliyi (https://sharafmedia.az/) ilə əlaqə saxlayın. Pasiyentləriniz sağlam, kontentiniz maraqlı, reklamınız keyfiyyətli olsun!



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan