Hepatit B (HBV) qaraciyərin virus mənşəli infeksiyaları arasında ən aktual və müalicəsi uzun zaman alan xəstəliyidir. Dünyada hər il 50 milyon insan Hepatit B virusuna yoluxur, 350 milyon insan isə bu virusun daşıyıcısıdır. Hər il 1-2 milyon insan Hepatit B- yə bağlı səbəblərdən dünyasını dəyişir .Bu virus qaraciyəri zədələyən və yüksək dərəcədə yoluxdurma riskinə malikdir. Hepatit B virusu yalnız insan orqanizmində xəstəlik törədən DNT tərkibli və əsasən qaraciyərdə yaşayan virusdur. Hepatit B virusu (HBV) ətraf mühütə düşdükdə 1 həftə boyu davamlılığını saxlayır. Xəstəliyə daha çox yaşlı insanların yoluxması müşahidə olunur.
Hepatit B virusuna ilk yoluxma zamanı nə baş verir?
Virus orqanizmə düşdükdə qan vasitəsilə qaraciyərə gəlir və çoxalmağa başlayır. Bu virusun çoxalması hepatositlərin ölümünə və qaraciyər toxumasın regenerativ dəyişikliyinə səbəb olur. Bu dəyişikliklər əsasən xəstəliyin gizli dövründə 3 həftədən 6 aya kimi ola bilir. Bir çox hallarda xəstələr əməliyyat öncəsi və Chek-Up müayinələr zamanı qanda HbsAg təyin olunduğu zaman öyrənirlər. Bu hallar əsasən 70 % xəstələrdə klinik əlamətlərin özünü biruzə verməməsi zamanı müşahidə olunur. Çünki HBV- xəstəliyi illər boyu simptomsuzda keçə bilir. Ancaq xəstə kəskin formada və ağırlaşmış simptomlarla müraciət etdiyi zaman əlamətlər daha qabarıq şəkildə müşahidə olunmuş olur.
Hepatit B xəstəliyi nə kimi əlamətlərlə müşahidə olunur?
Bu xəstələrdə əsasən :
1.Tez yorulma, halsızlıq
2.Temperatur
3.İştahsızlıq, ürək bulanma və ya qusma
4.Dəri və görünən selikli qişalarda, eləcədə gözün sklerasında saralma.
5.Sağ qabırğaaltı nahiyyədə ağırlıq hissi
6 Sidiyin rənginin tündləşməsi
7.Nəcisin rənginin acıq olması
8.Oynaqlarda ağrılar müşahidə olunur.
Risk qrupuna əsasən kimlər daxildir?
*Hemofiliya və hemodializ xəstələri (tez-tez qan köçürməyə məruz qaldıqları üçün)
*Yoluxmuş hamilə qadından( Hbs Ag müsbət olan anadan) doğulan körpələr
*Səhiyyə personalı
*Vücudun kəsici -dəlici bir cisimlə kəsilməsi (iynə batma,cərrahi və stomatoloji müdaxilələr,tatuaj (döymə etdirmə) )
*Gözəllik salonları və bərbərə gedən zaman ( manikur,pedikur,dırnaq qaynaq qanağı kəsici və dəlici alətlət)
*Venadaxili narkotik qəbul edənlər
*Hemoseksual və biseksuallar
Hepatit B — nin müalicəsi mümkündürmü?
Hepatit B-nin müalicəsi tam mümkündür! Ancaq vaxtında və düzgün müalicə taktikası seçilərək. Əgər ağırlaşma olubsa yəni Qaraciyər Sirrozu və ya Qaraciyərin Hepatosellüler kasinoması (xərçəngi) ilə xəstə müraciət edərsə yenədə individual xüsüsi müalicə taktikası seçilməlidir.
Hepatit B xəstəliyindən necə qorunmalı?
Hepatit B virusunun peyvəndi mövcuddur, eyni zamanda hepatit B virusu ( HBV) əleyhinə vurulan peyvənd Hepatit D virusuna ( HDV) yoluxma riskinində qarşısını alır. Lakin peyvənd mütləq həkim təyinatına əsasən vurulmalıdır.
Müəllif: Esmira Abdullayeva Terapevt-Hepatoloq
Müəllif: Esmira Abdullayeva Terapevt-Hepatoloq
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir