Hepatit C Virusu (anti-HCV) qaraciyərin infeksion xəstəlikləri arasında birbaşa qaraciyər toxumasının zədələnməsinə, hepatosellulyar karsinomaya ( xərçənginə) və sirrozuna aparan xəstəliklər arasında ən aktualıdır. Dünyada rəsmi statistikaya görə 300 milyona yaxın insan artıq HCV(hepatit c virus) xəstəsidir. Hepatit C Virusu kəskin və xroniki hepatitə səbəb olan RNT tərkibli virusdur. Hazırki məlumatlara əsaslanaraq HCV -su ən azı 6 ana genotipə malikdir. Müxtəlif genatiplərə malik olan Hepatit C Virusuna qarşı hələdə vaksina mövcud deyil.
HCV- nun gedişi və semptomları hansılardır?
Bu xəstəlikdə kəskin dövr əsasən 3-6 ayda müşahidə olunur. Əgər sağalma baş verməsə artıq xəstəlik xronikiləşərəq 6 ay və ya ömür boyu davam edə bilər. Bu xəstələrdə : halsızlıq, iştahsızlıq, ürəkbulanma, qarında əsasəndə sağ qabırğa altı nahiyyədə ağrı, sarılıq, dəridə qaşınma, ishal, oynaq ağrıları, tünd rəngli sidik ifrazı,eləcədə açıq rəngli nəcis və s. kimi hallar müşahidə olunur. Bir çox hallarda Hepatit C Virusu xəstəliyinin gedişatı heç bir şikayət olmadan, yəni aseptomatik ola bilir. Beləki bu xəstələr əsasən profilaktik ‘’check up’’ müayinələrdə və ya hər hansı cərrahi müdaxilə öncəsi analiz verdikdə virusa yoluxmuş olduqlarını öyrənirlər.
Bu virusa hansı hallarda yoluxma mümkündür?
Xəstəliyə yoluxma əsasən — qan və qan preparatlarının istifadəsində, doğuş zamanı, cərrahi və stomatoloji müdaxilələrdə, hemofiliya və hemodializ zamanı, kosmetoloji xidmət( manikur, pedikur) və s. kimi prosedurlar zamanı baş verə bilər.
Hazırda HCV -nun müalicəsi mümkündürmü?
Xroniki HCV infeksiyası olan xəstələrdə antivirus terapiyası: - Burda məqsəd HCV RNT-nin eradikasiyasıdır ( tam ləğv edilməsi) . HCV RNT -nin eradikasiyasının mümkünlüyü isə davamlı viroloji reaksiya ilə proqnozlaşdırılır. DVR- əldə olunmuş xəstələrdə bu uzun müddətli dövrdə HCV RNT-nin neqativ olması ilə əlaqədardır. Buda öz növbəsində daha ağır gedişlı qaraciyər xəstəliklərinin yaranmasının qarşını alımış olur. Günümüzdə Hepatit C Virus xəstəliyinin müalicəsi var: 12-24 həftəyə tam nəticə almaq mümkündur.
Müəllif: Esmira Abdullayeva Terapevt-Hepatoloq
Müəllif: Esmira Abdullayeva Terapevt-Hepatoloq
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir