Qastroskopiya qida borusunun, mədənin və onikibarmaq bağırsağın qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsidir. Qastroskopiya təcili və planlı oluna bilir. Təcili qastroskopiya, adətən həzm traktının yuxarı şöbələrində qanaxma və yad cisimlərin müşahidə olunduğu zaman icra olunur. Bu zaman qastroskopiya, nəinki diaqnostika, həm də müalicə məqsədi üçün (yad cismin xaric olunması, qanaxmanın saxlanılması) icra edilə bilər.
Planlı qastroskopiya isə qida borusunun, mədənin və onikibarmaq bağırsağın kəskin və xroniki xəstəliklərinin diaqnostikası və bəzən müalicəsi üçün icra olunur.
Müəllif: Nuranə Məhərrəmova -Qastroenteroloq
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir