Allergik övrə

Allergik övrə

Опубликовано в: MƏQALƏLƏR | 2020-06-18
Allergik övrə

Allergik övrənin etiopatogenezi,klinikasi,diaqnostikasi və müasir müalicəsi

Allergik övrə (lat. Urticaria) allergik reaksiya nəticəsində meydana çıxan dəridə qızartı, qabarıqlıq və qaşıntı ilə müşahidə olunan dəri xəstəliyidir.Bu səbəbdən digər adı gicitkən otu xəstəliyidir. Dəridə əmələ gələn səpkilər bir neçə saat ərzində itib, başqa yerə keçir.

Allergik övrənin etiologiyasına görə aşağıdaki növləri mövcuddur:
Dermoqrafik övrə

Təzyiqlə bağlı övrə
Soyuq övrə
Akuagenik övrə
Xolinergik övrə
Solar övrə (Günəş övrəsi)
Vibrasiya övrəsi
Kontakt övrə

Allergik övrənin davametmə müddətinə görə aşağıdaki növləri var:
- Kəskin övrə

- Xroniki övrə

Kəskin övrə davametmə müddəti  6 həftəyədək olan övrələr

Xronik övrələr davametmə müddəti  6 həftədən çox olan övrələr

Bəs allergik övrənin kəskin və ya xronik olmasını bilmək vacibdir mi?

Bəli vacibdir, çünki hər iki formaya yanaşma fərqlidir.

Kəskin allergik övrədə: Səbəbləri aşkar etməyə ehtiyac yoxdur, sadəcə müalicə aparmaq kifayətdir.

Xroniki allergik övrədə: Səbəbləri aşkar olunmalı, həmin səbəblərdən aradan qaldırılmalı və övrənin simptomatik müalicəsi aparılmalıdır.

 60-65% hallarda övrənin səbəbi aşkar olunmur.Belə vəziyyət “ idiopatik övrə” adlanır.

 1 il ərzində rast gəlinən fiziki övrələrin statistikası
220 pasient qəbul olundu:

-132 qadı
-88 kişi

*Ortalama yaş: 38 (15-79 yaş aralığı)

Fiziki etiologiyalı övrələr: 33%
-220 xəstədən 73-ü
Dermoqrafizm 52%

Təzyiq mənşəli 10%
Soyuq övrələr 16%
Xolinergik övrələr 15%
Kontakt övrələr 1%
Solar övrələr 3%
Vibrasiya övrəsi 3%

Allergik övrənin etiologiyası
Allergik övrə bədən hər hansı bir allergenə qarşı reaksiya verdikdə və histamin,digər kimyəvi maddələr dəri səthinin altından sərbəst buraxıldıqda baş verir. Histamin və digər kimyəvi maddələr iltihabın və mayenin dəri altına yığılmasına səbəb olur.

Mövcud övrənin vəziyyətini daha da pisləşdirən vəziyyət:
Alkoqol

Kofein qəbulu
Stress kimi zehni sağlamlıq problemləri

Allergik övrənin simptomları:
Qırmızı, oval və ya dəyirmi formalı səpkilər əmələ gəlir. Qaşıntı, həmin nahiyənin qabarıqlaşması və temperaturun artması müşahidə olunur. 24 saat ərzində səpkilər itir və başqa nahiyələrdə yeniləri əmələ gəlir. Bəzi hallarda simptomlar bir neçə gün davam edə bilər. Xroniki övrələrdə isə bir neçə aylar, illər ərzində bu simptomlara sahib olur.

Kəskin övrənin diaqnostikası:
Həkim dəriyə baxanda səpkilərin xarakterindən müəyyən təsəvvürə malik olur. Və həkim bu barədə bir sıra suallar verir

Səpkiləri nə vaxt başlayıb?
Hər hansı böcək dişləyib mi?

Lateks əlcəklərdən istifadə edib mi?
Kimyəvi maddələrlə, heyvanlarla təmasda olub mu?

         Son olaraq, xəstəlik tarixi və həyat tarixi soruşulur.

Kəskin allergik övrənin diaqnostikası xüsusən hər hansı bir allergiya ilə müşayiət olunursa, pasientin allergik anamnezinə və qanda İg E-nin səviyyəsinin təyininə əsaslanır. Allerqoloji sınaq vasitəsilə allergiyanın mənbəyini tapmaq və pasienti xəstəliyin gələcək tutmalarından qorumaq üçün rasionunu korreksiya etmək olar.

  Xroniki övrənin diaqnostikası:
Əlamətlər 6 həftədən çox davam edərsə,bu xronik övrədir. Bu zaman səbəb xarici amillər deyil, buna görə də mütəxəssislər xəstələrə allergik testlər tövsiyə etmirlər. Bu zaman aşağıdaki testlərlə xəstənin sağlamlıq vəziyyəti yoxlanılır:

  • Anemiyanı yoxlamaq üçün qan testi
  • Hər hansı bir paraziti müəyyən etmək üçün testlər
  • İmmun sistemlə bağlı problemləri müəyyən etmək üçün EÇS testi
  • Tiroid funksiyası testi

Qaraciyər problemləri olduqda qaraciyər funksiyasının fəallığını müəyyənləşdirən testlər

Allergik övrənin müasir müalicəsi:
Müalicənin əsası prinsipi dəri toxumasına histaminin təsirinin azaldılmasına yönəlmişdir-bu, ödemin və qaşınmanın əhəmiyətli dərəcədə azalmasına imkan verir. Bunun üçün antihistaminlər vasitəsilə H1 histamin reseptorlarını blokadası vacibdir. Hal-hazırda ikinci (loratadin, setirizin), üçüncü (levosetirizin) nəsil antihistaminlərə üstünlük verilir.

Xronik övrənin müalicəsi:
Övrənin xroniki formalarında və simptomların gecikmiş təzahür edən növlərində antihistsminlərin effekti kəskin azalmışdır. Xronik formanın müalicəsində əsasən bazofillərin membran stabilizatorları və kalsium antaqonistləri istifadə olunur. Əgər xəstəliyin yaranmasında immunitetin aktivliyinin azalmasının təsirinə şübhə varsa, əlavə olaraq immunmodulyatorlar təyin olunur. Dərman preparatlarının təyini ilə yanaşı hipoallergen pəhrizin də böyük əhəmiyyəti var.

Övrənin təbii yollarla müalicəsi:

•Soyuq kompress
•Alma sirkəsində vanna qəbulu

•Çay sodası
•Yulaf yarması
•Aloe
•Hipoallergen pəhriz

Müəllif: İbrahimova Narıngül (Tibb Universitetinin 4 kurs tələbəsi)



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Мы в Youtube
Чем мы можем вам помочь?
Copyrights © 2020 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat