Endemik zob

Endemik zob

Опубликовано в: ELMİ MƏQALƏLƏR | 2020-06-16
Endemik zob

Müəyyən ərazidə yaşayan əhali arasında qalxanabənzər vəzin proqressiv böyüməsi və onun funksional aktivliyinin dəyişməsi ilə xarakterizə olunan bir uygunlaşma reaksiyasıdır.Hər hansı konkret əraziyə xas olan zoba “endemik zob” deyilir.

Yayildiği ərazilər

Maddələr mübadiləsində böyük rol oynayan, qalxanabənzər vəzidəki tiroksin һormonunun tərkibinə daxil olan yodun insan və һeyvan orqanizmi üçün müstəsna əһəmiyyəti vardır. Mühitdə yodun miqdarı az olduqda qalxanabənzər vəzi kifayət qədər tiroksin hasil edə bilmir, bu isə orqanizmdə oksidləşmə prosesinin pisləşməsinə, karbon və azot mübadiləsinin zəifləməsinə, qanın tərkibində kalsium və fosforun miqdarının azalmasına gətirib çıxarır. Nəticədə, insanlarda və ev һeyvanlarında endemik zob xəstəliyi əmələ gəlir. Azərbaycanda Zaqatala və Qax şəһərləri ilə yanaşı Böyük Qafqazın cənub yamacında yerləşən Şəki və Qəbələ şəһərləri də endemik zobun yayıldığı klassik bölgələrdir. Zob xəstəliyinin ağır formalarında inəklərdə südün azalması, qoyunların yununun tökülməsi, toyuqların yumurtadan kəsilməsi və s. bu kimi һallar müşaһidə edilir.

 

Təsnifati

 

I(a)

Vəzidə zəif bir böyümə var,lakin görünmür

I(b)

Vəzi əllənir,udma aktı zamanı və başı arxaya əydikdə görünmür

II

Boyunun istənilən vəziyyətində vəzi görünür

III

Boyunun ön və yan tərəflərini dolduran vəz görünür

Böyümə dərəcəsinə görə:
 - Görülən və palpasiya edilən vəz yoxdur.

 

Formasına görə:
 - Diffuz və düyünlü

Klinik gedişinə görə:
 - Toksik və qeyri-toksik

Rastgəlmə tezliyi

Ümumi populyasiyada ur 15,8% rast gəlinir. Qadınlarda kişilərə nisbətən 6:1 nisbətində olur. Yaş ilə ur arasındakı bağlılıq yod çatmazlığına və orqanizmin yoda olan tələbatına bağlıdır.

Etiologiya

 – Qalxanabənzər vəzin həcminin böyüməsinə səbəb olan faktorlar:
 – Kimyəvi və radioaktiv maddələrlə çirklən­miş zonalarda tiroid fermentlərin sintezində iştirak edən hor­mon­ların bloku baş verir.
 – Strumogen təsirə malik sular, qida məhsulları, kimyəvi maddələr yodun neytrallaşmasına, onun orqanizm tərəfindən qəbulunun zəifləməsinə və hormon sintezində iştirak edən fermentlərə( peroksidaza) tormozlayıcı təsir göstərir.
 – Yaş,hamiləlik,oral-kontraseptivlər, alkoqol, siqaret,A-avitaminoz, digər təsirlər.

Gedişi və ağırlaşmaları

 – Ağır en­de­mik zonalarda hipotireoz.
 – Traxeya sıxılır, öskürək və dispnoe başlayır.
 – Daha az halda qida borusu sıxılır, udma zamanı tıxanma hissi yaranır.
 – Nadir halda N.recurrens sıxılarsa səs kobudlaşır.
 – Damar sistemi- vidaci, körpücükaltı, hətta yuxarı boş veneya sıxıcı təsir göstərir. Döş daxili böyümədə sıxıcı təsir daha şiddətli olur. Xəstə əllərini yuxarı başı üstünə qaldırdıqda özünü pis edir, üzündə sianoz əmələ gəlir(Pemberton sindromu).

Endemikurqalxanabənzərvəzininhipertrofiyası ilə müşayətedilir. Xəstəliktədricəninklişafedir. Buzamanyod çatışmazlığı nəticəsində tiroidhormonlarınsintezivə sekresiyası azaldığındanhipofizdənTTHsekresiyası artır. Bu əks-əlaqə mexanizminə görə baş verir. Buprosesqalxanabənzərvəzinkompensatorhipertrofiyasınasəbəbolur. Xəstəliyinağırhallarındahəddindənartıqböyümüş qalxanabənzərvəzitraxeyayavə onunyanındankeçənsinir-damarlaratəsiredərəkxəstədə narahtlıqtörədir. Hipertrofiyayauğramış qalxanabənzərvəziqandaolanyodunnisbətənartıqhissəsinimənimsəyə bildiyinə görə xəstələrdə alimentaryod çatışmazlığı uzunmüddətkompensasiyaedilir. Xəstələrdə hipofiz əlamətləriuzunmüddətyod çatışmazlığı davametdikdə meydana çıxır.
Bəzihallardaxəstəliyin əmələ gəlməsinə yodunbağırsaqlardansorulmasınınpozulması dasəbəbolabilir.

Endokrinoloqlar böyümə dərəcəsinə görə ur xəstəliyinin təsnifatını belə qəbul edirlər:

0

Ur nə zahirən nə də palpasiya metodu ilə görünmür

1

Ur zahirən görünmür,lakin palpasiya ilə müşahidə olunur

2

Ur həm zahirən,həm də palpasiya ilə görünür

 

Endemik ura xas olan hipotireoz (tireoid hormonlarının azlığı) özünü aşağıdakı əlamətlərlə büruzə verir:

- tez-tez baş verən soyuqdəymələr, KRVİ (kəskin respirator, yəni tənəffüs yollarının virus infeksiyaları), bronxit və hətta sətəlcəm;

- Bədən hərarətinin 37-38°C qədər uzun müddətli yüksəlməsi.

- Quru və isti dəri.

-Gözlərin önə çıxması.

-Əllərin cüzi titrəməsi.

-Əsəbilik, yuxusuzluq

- arterial təzyiqin azalması (hipotoniya), ürək nahiyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik;

- iştahasızlıq, ürəkbulanma, qarın köpü (bağırsaq qazlarının artması);

- gündüz süstlük, gecə isə yuxusuzluq, hafizənin zəifləməsi, əsəbilik, depressiya (ruh düşkünlüyü);

- dərinin quruluğu, saçların tökülməsi, bədən temperaturunun azalması;

- iştahasızlıq fonunda çəkinin artması (ödemlər hesabına), xəstənin sifətinin ifadəsiz və şişkin olması;

- uşaqlarda – fiziki və əqli gerilik;

- kişilərdə - cinsi zəifliyin azalması, qadınlarda menstrual siklin (aybaşıların) pozulması.

Diaqnostik meyarlar
 – USM-də vəzin həcminin artması
– Sidikdə yodun miqdarının normadan az olması
 – TSH-ın normadan çox olması
 – TSH yüksəksə anti-TPO və anti-TQ təyin edilməlidir. Eutiroid urda 15-20% hallarda anti-TPO, anti-TQ müsbət ola bilər.
 – KT və MR-in intratorasik böyüyən qalxanabənzər vəzin aşkarlanması və həcminin təyinində xüsusi əhəmiyyəti var. Digər tərəfdən çox böyük urda traxeya, qida borusu, damarlara və ətraf toxumalara olan təzyiqi və bədxassəli şişlərdə invaziyanı müəyyən edir.

DİAQNOSTİK MÜAYİNƏ.

Zobun diaqnozu adətən fiziki müayinə zamanı qoyulur.Zob təyin olunduqda, diaqnostikanın əsas məqsədi onun səbəbinin müəyyən edilməsi, obstruktiv simptomların (tənəffüs yolları və udmanın pozulması) mövcudluğunun təyin edilməsi, zobun tərkibində şübhəli ultrasəs görüntüsü verən düyünlərin təyin edilməsi, və tiroid vəzinin funksional vəziyyətinin müəyyən edilməsi olmalıdır. Bu faktorlar zobun müalicəsi taktikasına təsir göstərir. Autoimmun tiroid vəzi xəstəliyi, tiroidit və tiroid vəzi xərçəngi olmadığı hallarda əsasən xoşxassəli çoxdüyünlü zob diaqnozu nəzərdən keçirilir.

Tiroid vəzinin funksional testləri. Zobu olan bütün xəstələrdə qanda TSH-in təyini mütləq aparılmalıdır. Zobu olan xəstələrdə tiroid vəzinin funksiyası normal ola bilər və ya onlarda hipertireoz (subkliniki və ya kliniki) və ya hipotireoz (subkliniki və ya kliniki) müşahidə edilə bilər.

Əgər TSH normadan aşağıdırsa, qanda sərbəst T4 və ümumi T3 səviyyəsi təyin edilməlidir. Kliniki və ya subkliniki hipertireozu və zobu olan xəstələrdə avtonom müşaiyət olunan çoxdüyünlü zob diaqnozu nəzərdən keçirilməlidir.

Əgər TSH normadam yuxarıdırsa, sərbəst T4 təyin edilməlidir. Bir çox hallarda həm də qanda tiroid peroksidazaya qarşı anticismləri (anti-TPO) də təyin etməyi tövsiyə edir.

Müalicə

Endemik urda illər uzunu qalxanabənzər vəzi boyun orqanlarına (qida borusu, traxeya və damarlara) sıxıcı təsir göstərərsə 3 müalicə formasından biri seçilir
1. Dərman müalicəsi;
2. Cərrahi müalicə;
3. Radioyod müalicəsi

Endemik boğaz urunun profilaktikasının əsas istiqaməti qidada yod qıtlığının aradan qaldırılmasıdır. Bu məqsədlə yodlaşdırılmış duzdan istifadə edilməli, cədvəldə göstərilmiş yodla zəngin olan məhsullar rasiona daxil olunmalıdır.

Tərkibində çox yod olan məhsullar:

 

Balıq: siyənək, kambala, treska, paltus, dəniz xanı balığı, tunes, qızıl balıq.

Meyvələr: portağal, limon, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma.

Süd, yumurta, yağ, dana əti.

Tərəvəzlər: sarımsaq, qırmızı turp, çuğundur, kartof, kök, pomidor.

Müəllif: Ləman Qurbanlı (Tibb Universitetinin 4 kurs tələbəsi)



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Мы в Youtube
Чем мы можем вам помочь?
Copyrights © 2020 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat