Hamiləlikdə dental manipulyasiyalar

Hamiləlikdə dental manipulyasiyalar

Опубликовано в: MƏQALƏLƏR | 2020-04-20
Hamiləlikdə dental manipulyasiyalar
Diş və diş əti xəstəliklərinin ağırlaşmaları  Hamilə qadın orqanizmində yüksəs həssaslıqla özünü büruzə verir. Çünki bu dönəmdə psixi və fiziki olaraq qadın orqanizmi bir çox dəyişikliyə məruz qalırki, onlarada hər hansı dental manipulyasiya etmək çətinləşir. 

Bu ağırlaşmaların yaranmaması üçün nə etməliyik? 
Əziz hamilə olmağı planlayan xanımlarımız mütləq ginekoloq və stomatoloq’un konsultasiyalarına qulaq asın və müayinədən keçin. Erkən olaraq profilaktik tədbirlərinizi alın. Çünki müalicə olunmayan kariesli dişlər,ağız boşluğunun gigiyenik statusunu endirən diş ərpi və diş daşları övladınız üçün hamiləlik dönəmində ciddi infeksiya mənbəyidir. Digər bir səbəbdə Hamiləlik stomofobiyasıdır. Qorxunun səbəbi əsassız mənbələrdən, ətrafdan aldığı düzgün olmayan məlumatlardır. Hansıki, bu məlumatlar “Övladıma bir  zərəri olacaq” fikri üzərində daha çox cəmləşir.

Hamiləlikdə niyə diş və  diş əti problemləri artır? 
Hamilə qadının ağız boşluğunda pH turşuluğa doğru dəyişir. Buna səbəb qusuntunun olması və hormonların təsirindən ağız suyunda baş verən dəyişikliklərdir. Buda kariyesin yaranma və dərinləşmə prosesini sürətləndirir, dişin sərt toxumalarını deminerilizasiya edərək dişlərdə hiperesteziyanın yaranmasına səbəb olur. İkincili olaraq diş ətində xarakterik dəyişiklər müşahidə olunur. Qanda progesteron və estrogen seviyyesində 30 dəfə artış damar keçiriciliyinin artması nəticəsində ödemin yaranmasına gətirib çıxarırki, diş ərpi və diş daşı varlığında bu vəziyyət yüksək həssaslıq reaksiyası verərək Hamiləlik də marginal diş əti böyüməsinə səbəb olur.

Hansı hallarda dental manipulyasiyaların aparılmasına göstəriş vardır? 
Ağız boşluğunda pulpit və periodontitli dişlərin mövcudluğu və onların kəskin ağrı verdiyi zamanda İrinli proseslərin varlığında Diş ətlərində qanama, şişkinlik və agız boşluğunun selikli qişasında çıxan yaralar zamanı.

Dental Manipulyasiyaları apararkən Həkim Stomatoloq nələrə diqqət etməlidir? 
Hamiləliyin neçənci ayda olduğunu müəyyən etməlidir. Çünki ilk 3 aylıqda hər hansı endodontik müalicə, diş çəkimi olması məsləhət görülmür.. Diş çəkimi, endodontik müalicənin 2.trimestrdə aparılması məsləhətlidir. 3.trimestrdə isə müayinəyə gələn qadının stomotoloji kürsüdə sol böyrü üstə əyləşdirmək lazımdır. Çünki normal arxası üzərində əyləşdirmək dölün vena cava inferiora təzyiq etməsi nəticədə Hamilə qadının təzyiqinin düşməsinə, bayılmasına səbəb olacaq. 
Rengtendən düzgün istifadə etməlidir. Rentgenoloji görüntünün alınması ilk 3 ayda məsləhət görülmür. Çəkiləcəksə qurgusun örtük geyindirilməli, doza və zamanı azaldılaraq az sayda görüntü çəkilməlidir.
Dərmanların təyini və istifadəsinə xüsusi diqqət ayırmalıdır. Dərman maddələrini təyin edərkən mütləq Ginekoloqla məsləhətləşmək lazımdır. Stomatoloqlar adi halda adrenalinli anestetiklərdn istifadə edərək yerli ağrısızlaşdırmanı təmin edirlər. Adrenalin qan damarlarını daraldaraq anesteziya müddətini artırır, yerli qanaxmanı vətoksiki təsirin azalmasını təmin edir. Lakin, hamiləlikdə adrenalinli anestetiklər qalxmış təzyiqi daha da qaldıra və usaqlı tonusunda artım yarada bildikləri üçün istifadəsi məsləhət görülmür. Tərkibində az miqdarda epinefrin olan Lidokaindən, Artikain, Etidokaindən istifadə məsləhətdir., Dölün orqanogenez dövründə (hamiləliyin 18-21 günündən 55-60g ününə qədər) dərman maddələrindən istifadədə son dərəcədə ehtiyalı olmaq lazımdır. Bu müddətdə teratogen təsir güclü olur, hətta ölü doğuma səbəb ola bilir. Həmçinin çox erkən yaşda və 40 yaşdan yuxarı hamiləlikdə teratogen təsir özünü çox ciddi şəkildə göstərir. Son 3.trimestrdə isə dölün dərmanlara qarşı həssaslığı artır. Buna səbəb cift keçiriciliyinin artması, baryerin nazikləşməsi, albuminlərin qanda azalması və dərman  maddələrinin konyuqasiya prosesinin zəifləməsidir. 
Dərman maddələrinin teratogen təsirlərinin risk dərəcəsinə görə 5kateqoriyaya bölünür. A,B,C,D və X kateqoriyalarına. A kateqoriyasına daxil olan dərmanların istifadəsi məqsədə uyğundur. Antibiotiklərdən tetrasklinin (doğulan dölün sümük və dişlərində geridönməz diskoloritə səbəb olur, dırnaqlarınd boz rəngli ləkələr əmələ gətirir, sedativlərdən benzodiazepin qrupundan olan diazepam (dodaq-damaq yarığı əmələ gətirir), aspirin, metranidazol kimi preparatların istifadəsindən çəkinin. Eritromisin, sefalosporin, penisilin, parasitamol bunlar riski az olan preparatlardır.
Danışığa, qidalanmağa çətinlik törədən diş əti problemlərini aradan qaldırmalıdır. Hamiləlikdə diş ətinin iltihabı, interdental və marginal diş əti böyümələri və diş əti törəmələrinə (granüloma gravidarum) rast gəlinir. Bunun qarşısını almaq üçün ağız boşluğunun gigiyenik statusunu endirən diş ərpi və diş daşları scaling və küretajla təmizlənməlidir.  

Hamilə qadınlara stomatoloji məsləhətlər:
1. Hamiləlik dönəmində vaxtaşırı stomatoloji müayinədən keçin
2. Problem yarananda ağırlaşma vermədən stomatoloqa gedin
3. Dərmanları Həkim məsləhəti olmadan istifadə etməyin
4. Şəxsi gigiyenik qaydalarınıza əməl edin. Qaytarandan sonra ağzı yaxalamaq, bitki tərkibli qarqaralarla ağzın qarqarası məsləhətdir.
5. Diş fırçalayarkən soft diş fırçalarından istifadə edin, diş flossları ilə dişlərin kontakt nahiyələri təmizləyin. Diş flosundan istifadə edərkən sərt istifadədən qaçının, əks təqdirdə diş ətində qanamalara səbəb olacaqsız.
6. Ca tərkibli məhsullardan istifadə edin. Hamiləlikdə sümükdəki kimi dişlərdən Ca sorulmur. Çox qadın bunu belə bilir. Ca sümüklərdən sorulur. B12, fosfor Avitamini qəbul edin. 

Müəllif: Ramilə Muradova 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2020 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat