Rentgenoqrafiya

Rentgenoqrafiya

Опубликовано в: BLOQ | 2020-01-23
Rentgenoqrafiya
Rentgen Şüaları vasitəsilə qeyri-şəffaf cisimlərin daxili quruluşunun çəkilməsi. Stomatologiyada tətbiq edilən rentgenoqrafiya 2 əsas tipə bölünür: İntraoral və Ekstraoral.

İntraoral rentgenoqrafiya – rentgen şəkillərinin əldə olunmasının daha çox yayılmış üsuludur. Hazırda rentgen şüalarının köməyi ilə maksimum detallı informasiya əldə etmək olar, stomatoloq isə kariesi aşkar edə, dişin kökünün, çıxan (yəni tam inkişaf edən, tam görünən) dişlərin və onların ətrafındaki sümüklərin vəziyyətini yoxlaya, həmçinin dişlərin ümumi vəziyyətinin və çənə sümüyünün monitorinqini həyata keçirə bilər.

Ekstraoral rentgenoqrafiya zamanı dişlər görünür, lakin əsas fokus kəllə və çənəyə istiqamətlənmiş olur. Ekstraoral rentgenoqrafiyadan kariesin və ya hansısa dişlə bağlı problemlərin müəyyən olunması zamanı istifadə etmirlər. Ekstraoral rentgenoqrafiyadan zədələnmiş dişin ümumi təsvirinin əldə olunması, dişlə müqayisədə çənə sümüyünün inkişafının monitorinqi, həmçinin dişlərin, çənə sümüyünün, çənə (temporomandibular) oynağının və ya kəllənin digər sümüklərinin potensial problemlərinin müəyyən olunması zamanı istifadə edirlər.



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan