Peretonzilyar abses (paratonzilyar abses)

Peretonzilyar abses (paratonzilyar abses)

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-08-23
Peretonzilyar abses (paratonzilyar abses)

Abses –iltihab nəticəsində məhdud boşluqda irin toplanmasına deyilir.Peretonzilyar  abses-paratonzilyar hüceyrələrin irinli iltihabına deyilir və məhdud boşluğa irinli möhtəviyyatın toplanmasına deyilir.Kəskin tonzillitin(angina) ağırlaşması kimi özünü göstərir .Əsasən bir tərəfli olur.Aerob və anaerob bakteriyaların  kombinasiyasından (A qrup b-hemolitik streptokok,S.aureus,Hşinfluenza) əmələ gəlir.Əsasən 13-48 yaş arası olan şəxslərdə görülür.

Klinik əlamətlərinə gəldikdə isə yüksək hərarət,baş ağrısı,halsızlıq olur.M.Pterygoidesdə infiltrasiya olduğuna görə çənənin trizmi(əsməsi) olur.Udqunma zamanı ağrı olur və başı yana hərəkət zamanı ağrı artır,səs tın-tın olur.boyun limfa düyünlərində şişkinlik görünə bilər.

Farinqoskopik müayinə zamanı tonzilanın şişməsi (ön qövsü nahiyəsində)dilçəyin sağlam tərəfə doğru yerinin dəyişməsi görünür və yumuşaq damağın hiperemiyası,ödemidə görünə bilər.

Müalicəsinə gəldikdə isə əvvəlcə iynəylə şişkinlik olan nahiyədən irinin olub olmamamasını yoxlayırıq.Sonra isə skalpellə dilçəkdən horizontal xətlə və dil kökündən vertikal xətlə (əsasən daha çox şişkinlik olan nahiyədən ) kəsik aparılır və irin drenaj edilir.Geniş spektirli antibiotik parenteral təyin edilir.Həkim nəzarətiylə günaşırı yara yeri genişləndirlir və antiseptiklərlə qar-qara edilir.

Peritonzilyar abses keçirən şəxslər 6 aydan gec olmayaraq tonziloektomiya əməliyyatına göstərişdir.Əgər vaxtında əməliyyat olunmasa yenidən absesləşmə riski var və supraqlotik ödem və derin boyun infeksiyası ilə ağırlaşa bilər.

Müəllif: "Lor/Otolarinqoloq" Dr. Gülnar Əhmədova 




Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan