Neyropatiya müstəqil bir xəstəlik deyil. Xəstəliyin nəticəsidir.
Etiologiyası:
1. Travma
2. İnfeksiya
3. Metabolik pozğunluq
4. İrsiyyət
5. Toksinlər nəticəsində
Ən sıx səbəblərdən biri diabetdir.
Simptomları:
Simptomları zədələnmiş sinirə görə dəyişir
A) Sensor (Hissi) sinirlər – temperatur, ağrı, vibrasiya və ya toxunuş.
B) Motor (Hərəki) sinirlər – əzələ hərəkəti.
C) Vegetativ sinirlər – arterial təyziq, ürək döyüntüsü, həzm, sidik kisəsi.
Ayaqlarda və əllərdə yuxarıya doğru yayılmaqda olan uyuşma, keyləşmə. Ani kəskin zonguldayıcı,dondurucu və ya yandırıcı ağrı. Toxunuşa həddindən artıq həssaslıq. Koordinasiyanın olmaması və motorun sinirləri zədələnibsə əzələ zəifliyi və ya paralici ola bilər.
Əgər vegetativ sinirlər zədələnibsə simptomlar fərgli ola bilər. İstiyə dözümsüzlük, hiperhidroz. Həzm, bağırsaq və sidik kisəsi problemləri. Təyziq oynaması,başgicəllənmə.
Bir sinir zədələnməsi mononevropatiyadır. Daha çox sinir zədələnməsi polineyropatiyadır.
Tunel sindromı mononevropatiyadır.
Səbəbləri
A) Alkoqolizm
B) Autoimmun xəstəliklər (Şögren,qırmızı qurd eşənəyi,revmatoidnı artrit,nekrotik vaskulit,Giyen Bar,xroniki demielinizə olunmuş polineyropatiya
C) Şəkərli diabet
D) Toksiki-ağır metallarla və kimyəvi maddələrlə zəhərlənmə
E) Dərmanlar-xüsusən kimyaterapiyada istifadə olunanlar
F) İnfeksiyalar – bəzi virus və bakterial infeksiyalar. Laym xəstəliyi,Kəmərləyici dəmirov,Epşteyn-bar,Hepatit C,Difteriya,HİV
G) İrsi xəstəliklər – Şarko-mari-tut xəstəliyi
H) Travma və ya sinir sıxılması-gips,eyni hərəkəti təkrarlamaq,travma
İ) Xərçəng
J) Vitamin defisiti – B1, B6, B12, E, və niasin
K) Sümük iliyi xəstəlikləri (monnoklonal qammopatiya),osteosklerotik mieloma,limfoma və amiloidoz
L) böyrək,qaraciyər,hipotireoz xəstəlikləri
Ama çox vaxt səbəb bəlli olmur (idiopatik).
Diaqnostika:
1. Ətraflı anamnez
2. Nevroloji müayinə
3. Qan analizi (vitamin,şəkər,autoimmun testlər)
4. MRT və ya KT
5. ENMG
6. Sinir və ya dəri biopsiyası
Müalicə:
Simptomatik
Və terapevtik
Sinirin dəri üstü stimulyasiyası
Plazmoferez
Venadaxili immunoglobulin
Fizioterapiya
Cərrahi müdaxilə.
Müəlli: Həkim "Nevroloq" Leyla Şahbazova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir