Kəkələmə və ya loqonevroz çox yayılmış və çətin problemlərdən biridir. Bununla pedaqoqlardan tutmuş, neyrocərrahlara kimi mütəxəssislər məşğul olurlar.
Uşaqlarda çox rastlansada bu şikayət,buna ramən kəkələmə hər yaşda əmələ gələ bilər. Kişilərdə qadınlara nisbətən üç dəfə daha çox rastlanır və kişilərdə müalicəsi daha çətindir. Mərkəzi sinir sisteminin inkişafı dövründə, xüsusəndə nitq mərkəzinin inkişafı dövründə 2-4 və 5-7 yaş intervalları arasında dezorganizə hadisələ çox mənfi təsir edir uşaqa.
SƏBƏBLƏRİ:
1. Xroniki stress
2. Psixotravmalar
3. Keçirilmiş şok (ilk vaxtlarda nitg tamamən itə bilər,sonradan kəkələmə ilə qayıdaraq)
4. Ailə münaqişələri
5. Uşağa qarşı həddən ziyadə tələbkarlıq
6. Diqqət və sevgi əksikliyi
7. Bəzən isə səbəbi bilinmir
SİMPTOMLARI VƏ DİAQNOSTİKASI
Kəkələmənin bir neçə növü vardır.
• Loqokloniya (sözün başlanğıcında ilk hecanı və ya səsi bir neçə dəfə təkrarlamaq)
• Tonik komponent. Sözü deyərkən mimiki əzələlərin,dilin və boyun əzələlərinin gərginləşməsinə səbəb olur.
• Bəzən bəzi hərfləri deməkdə çətinlik yaranır
Diaqnostikası müxtəkif mütəxəssislər tərəfindən aparılır ki organik patologiyanı istisna etmək üçün.
MÜALİCƏ
Son dönəmdə yeni müalicə metodikaları istifadəyə girib. İlk növbədə pasientin narahatçılığına olan münasibətini normallaşdırmalıyıq ki,pasient sosial mühitdən uzaqlaşmasın. Müxtəlif relaksasiya terapiyalarından istifadə olunur. Qorxu və psixi bloklarından qurtulmaq üçün koping istifadə olunur.Xüsusi logopedik gimnastika,massaj və nəfəs terapiyası istifadə olunur. Bəzi hallarda dərman terapiyasıda müalicəyə əlavə olunur.
Müəlli: Həkim "Nevroloq" Leyla Şahbazova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir