Gecə enurezi (gecə sidik qaçırması) uşaqlarda ən çox rastladığımız problemlərdən biridir. 5 yaşa kimi uşaq artıq sidik kontrolu edə bilir,bəzən bu müddət 7 yaşa kimi uzana bilir,ama 7 yaşdan yuxarı yaşda artıq narahat olunmalıdır.
Gecə enurezinə səbəb ola biləcək amillər:
– Sidik kisəsinin ölçüsünün kiçik olması
– Uşağın sidik kisəsinin dolu olmağını hiss etməməsi
– Hormonal disbalans. Gecə sidik ifrazını azaldan hormonun yetərsizliyi
– Şəkərli diabet
– Yuxu apnoesi
– Sidik ifrazat orqanlarının infeksiyaları
Risk faktorları:
– Stress, narahatlıq
– Genetik meyillilik
– Diqqət defisiti sindromu
Diaqnostika üçün həkim sizdən USM müayinəsi, Sidiyin ümumi analizi (şəkər və infeksiyalara görə), EEG və Rentgen müayinəsi istəyə bilər!
Müalicə:
Konservativ olduğu qədər (dərman müalicəsi), rejimdə böyük önəm daşıyır.
Buna görə maye qəbulu azaldılmalıdır,xüsusəndə gunun ikinci yarısı. Uşaq yataqa gedərkən və yuxuya getmədən öncə sidiyə getməlidir. Kofein tərkibli içəcəklərdən qaçınmalıdır.
QƏTİYYƏN UŞAQA ACIQLANMAQ, TƏHQİR ETMƏK, VURMAQ, ACILAMAQ OLMAZ. BU SİZİN UŞAQIN PSİXOLOJİ DURUMUNU SARSA BİLƏR VƏ ÖZÜNƏ QAPANIB HƏMYAŞIDLARINDAN UZAQLAŞDIRA BİLƏR. UŞAQ SİZİN ONA DƏSTƏK OLDUĞUNUZU VƏ BU PROBLEMİN ÖHDƏSİNDƏN GƏLƏ BİLƏCƏYİNİZİ HİSS ETMƏLİDİR.
Müəlli: Həkim "Nevroloq" Leyla Şahbazova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir