Nevroloq kimdir?
Nevroloq və ya nevropatoloq sinir sistemi xəstəliklərinin müalicəsində ixtisaslaşan həkimdir.
Sinir sistemi iki hissədən ibarətdir: mərkəzi və periferik.
Beyin və onurğa beyni mərkəzi sinir sistemini təşkil edir.
Nevroloq nə edir?
Nevroloqlar nevroloji xəstəlikləri və ya sinir sistemində baş verən narahatçılıqları yoluna qoyurlar və müalicə edirlər.
Adətən bu şikayətlərlə həkimə müraciət edirlər:
• Müvazinətin pozulması
• Əzələ zəifliyi
• Hissiyyatın dəyişməsi
• Hərəkətlərdə çətinlik, görmənin zəifləməsi və ya qoxu duymanın dəyişməsi, başgicəllənməsi olan insanlarda nevroloqa müraciət edə bilərlər.
Nevroloqlar həmçinin:
• Qıcolması və epilepsiyası olan pasientlərlə
• Sinir-əzələ keçiriciliyi pozğunluğu olan xəstələrlə,misal üçün Miyasteniya
• Sinir sisteminin infeksiyaları yəni ensefalit, meningit və ya beynin absesi kimi xəstələrlə
• Neyrodegenerativ xəstəlikləri olan pasientlərlə, yəni Şarko xəstəliyi, Alsheymer xəstəliyi
• Və başağrısı olan pasientlərlədə məşğul ola bilərlər
RUTİN NEVROLOJİ MÜAYİNƏ?
Nevroloqa ilk ziyarətiniz zamanı çox güman ki, sizdən ətraflı anamnez yəni məlumat toplayacaq. Sona fiziki müayinə edəcək, yəni ki, nevroloji statusu toxlayacaq.
Nevroloji müayinə zamanı əzələlərin gücünü, reflekslərini və koordinasiyasını yoxlayacaqlar. Patoloji reflekslər və ya normadan fərgli simptomlar ola biləcəyi üçün, nevropatoloqunuz diaqnozı dəqiqləşdirmək üçün sizdən əlavə müayinələr istəyə bilər.
NEVROLOQUNUZUN İCRA EDƏ BİLƏCƏYİ ƏLAVƏ MÜAYİNƏLƏR:
• Nevroloqunuz sizdən lyumbal punksiyada istiyə bilər. Yəni onurğabeyni mayesindən nümunə.
• Tensilon testi. Bu prosedur nevroloqunuz tərəfindən miyasteniya gravis diaqnozuna təsdiqləyib və ya inkar etmək üçün tətbiq olunur.
• EEG müayinəsi. Beyinin bioelektrik aktivliyini ölçmək üçün icra olunan bir müayinədir.
• ENMG müayinəsi. Sinir-əzələ keçiriciliyini ölçmək üçün istifadə edilən bir müayinə üsuludur.
Müəlli: Həkim "Nevroloq" Leyla Şahbazova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir