Panik atak nədir? Səbəbi və əlamətləri

Panik atak nədir? Səbəbi və əlamətləri

Опубликовано в: | 2019-08-07
Panik atak nədir? Səbəbi və əlamətləri

Panik atak heçbir orqanik səbəb olmadan ciddi fiziki reaksiyalarla gedən bir qorxu vəziyyətidir.

Panik Atak baş verdikdə, insan idarəetməni itirir, infarkt keçirdiyini, öldüyünü və ya boğulacağını düşünür. Çox insanlar həyatları boyunca bir və ya iki panik vəziyyət keçirə bilər. Ama çox vaxt bu vəziyyətə səbəb olan stress aradan qalxdıqda bu birdə təkrarlanmır. Lakin təkrar, gözlənilməz panik atak keçirtmisinizsə və ya davamlı atakın təkrarlanma qorxusu ilə yaşıyırsınızsa bu artıq panik pozuntudu.

Panik atak özü həyat üçün təhlükə yaratmasa da, qorxuducu ola bilər və həyat keyfiyyətinizə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Amma zamanında müalicəyə başlandıqda çox gözəl nəticə əldə edə bilərsiniz.

Simptomlar:
Panik atak birdən başlayır. İstənilən vaxt tuta bilər – maşın sürərkən, ticarət mərkəzində, yuxuda və ya iş görüşünün ortasında. Panik atak ara-sıra ola bilər və ya tez-tez təkrarlana bilər. Panik atak özünü fərgli biruzə verə bilər, və adətən simptomlar bir neçə dəqiqə ərzində pik nögtəyə çatır. Panik atakdan sonra özünüzü yorğun və bitkin hiss edə bilərsiniz.

Panik atak bu simptomlarla özünü biruzə verə bilər:
• Yaxınlaşan təhlükə və ya ölüm hissi

• İdarəetməni itirmək qorxusu
• Sürətli nəbz
• Tərləmə
• Titrətmə
• Qarın ağrı
• Başağrı
• Sinədə ağrı və ya ağırlıq
• Başgicəllənmə
• Başqalaşma

Səbəbləri:
Panik atakin və ya panik pozuntuya nə səbəb olur bilinmir, amma bu faktorlar rol oynuya bilər:

• Genetika
• Stress
• Neqativ düşüncələrə meyillilik

Risk faktorları:
Panik atak çox vaxt gec yetkinlik dövründə başlayır və qadınları kişilərə nisbətən daha tez tutur.


Panik atakın risk faktorları:
• Ailə anamnezi

• Böyük stress
• Siqaret və ya kofeinin ifrat dərəcədə istifadəsi

Ağırlaşmaları:
Müalicə olunmadıqda, panik atak və panik pozuntu demək olar ki, həyatınızın bütün sahələrinə negativ təsir göstərə bilər. Yəni panik atak keçirmə qorxusu o dərəcəyə çatır ki, sizin həyat keyfiyyətiniz negativ yöndə dəyişir. 

• Fobiyalar yəni qorxular əmələ gəlir, misal üçün, maşın sürmək və ya evdən çıxmaq qorxusu
• Başqa xəstəliklərdən qorxmaq və tez tez tibbi yardım üçün müraciət etmək
• Sosial mühitlərdən qaçmaq
• İşdə və ya məktəbdə problemlər
• Depressiya
• İntihar düşüncələrinin artması
• Alkoqol və ya başqa maddələrdən istifadəyə meyillilik
• Maddi problemlər

Diaqnostika
Müalicə həkiminiz qərar verəcək sizdə panik atakdır yoxsa ürək və ya tiroid vəzlə əlaqəli olan bir vəziyyətdir.


Diaqnozunuzu dəqiqləşdirmək üçün sizdən istənilə bilər:
• Fiziki müayinə

• Tiroid vəzinizi yoxlamaq üçün qan analizi və usm,həmçinin ürəyinizə görə EXO və ya EKQ oluna bilər
• Psixoloji durumun dəyərləndirilməsi

Panik pozuntunun diaqnostika kriteriyaları
Hər panik atak keçirən insanda panik pozuntu yoxdur. Ona görədə panik pozuntu meyarları yaradılıb Amerika Psixiatrik Assosiasiyası tərəfindən.

• Tez tez təkrarlanan ani panik tutmalar
• Panik atakdan sonra yenə təkrarlanacaq deyə qorxu ilə yaşamaq
• Narkotik və ya bağımlılıq yaradan maddələrdən istifadə etmirsiniz və ya buna başqa bir xəstəlik səbəb deyil. Obsessiv kompulsiv pozuntu kimi

Profilaktika
Panik atakdan qorunmağın qarantili bir yolu yoxdur ama bunlar kömək edə bilər.

• Vaxtında müalicəyə başlamaq
• Müalicə planına əməl edin
• Fiziki məşqlərlə məşğul olun

Müəllif: Həkim "Nevroloq" Leyla Şahbazova



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan