Qastroezofageal refluks nədir?

Qastroezofageal refluks nədir?

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-18
Qastroezofageal refluks nədir?
Mədə möhtəviyyatının ezofaqusa sıçraması qastroezofageal reflü adlanır. Əgər buna tez-tez rast gəlinirsə, uzun müddətli olursa və gecələr baş verirsə, xəstəlik hesab olunur. Klassik simptomlardan döş sümüyü arxasında yanma-pirozis, ağıza turş möhtəviyyatın gəlməsi-requrgitasiya, ağızda duzlu tam-water brush ,gəyirmə olmaqla yanaşı atipik simptomlara da rast gəlinə bilər. 

Atipik simptomlar:

AĞCİYƏR SİMPTOMLARI - Qida borusundan bronxlara reflüks qıcıqlanma əmələ gətirir. Xəstə öskürək, boğazda qıcıqlanma ilə şikayətlənir proses irəlilədikcə təyin olunan dermanlar (xolinolitiklər, ksantinlər, spazmolitiklər) qastroezofageal refluksu artır.

OTOLORİNQOFARENGEAL SİMPTOM - Refluks nəticəsində farengit, xroniki rinit, otit, səs tellərinin qranuloma və ya xorası əmələ gəlir.

STOMOTOLOJİ SİMPTOM - Dişlərin kariesi, parodontoz, aftozstomatit.

KARDİAL SİMPTOM - Ürək nahiyəsindən ağrı və ya aritmiyalar.

Müəllif: "Terapevt-qastroenteroloq" Dr. Nüşabə Qənbərova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan