"Terapevt-qastroenteroloq" Dr. Nüşabə Qənbərova - Müsahibə

"Terapevt-qastroenteroloq" Dr. Nüşabə Qənbərova - Müsahibə

Опубликовано в: MÜSAHİBƏ | 2019-07-18
"Terapevt-qastroenteroloq" Dr. Nüşabə Qənbərova - Müsahibə
Mədə ağrılarına (yazva) xas olan əsas simptomlar hansılardır?
Mədə ağrıları qida qəbulu ilə əlaqəli olur. Mədə xorası zamanı ağrı qida qəbulundan dərhal sonra və ya 30 dəq müddətində ola bilər. Buna erkən mədə ağrılari deyilir.. Ağrının  başlanma vaxtı  adetən  mədə xorasının mədənin hansı nahiyəsində yerləşməsindən asılıdır. Səbəbləri irsi - konstitusional  faktorlardan, bəzi dərman vasitələrinin uzun müddət qəbulundan, xəstənin qida rejimi və tez -tez qəbul etdiyi qidaların növündən və mədənin antral nahiyəsində yerləşən helikobakter pylori adlanan mikrobun varlığından asılıdır. Düzgün diaqnoz və müalicə düzgün və vaxtında aparılan müayinələrə  bağlıdır.

Mədə yarasının səbəbləri nədir?
Mədə xəstəliklərinin yaranmasının əsas səbəbi qidalanma rejiminin  və sinir sisteminin pozulması hesab olunur. Buna görə də hörmətli pasientlərimizə düzgün qidalanmaq, vaxtında istirahət və saglam.

Hansı testlər yazva xəstəliyini müəyyənləşdirməyə kömək edir?
Xəstənin vaxtında endoskopik qastroskopiyasi mədənin antral nahiyəsində selikli qişadan götürülən biopsiya materialı ilə helikobakter pylorinij test vasitəsi ilə yoxlanması ən vacib və təxirəsalinmayan müayinədir.. Müalicədən sonra təkrar endoskopik müayinə aparılıb sağalmanı kontrol etmək lazımdır.
Amma helikobakter pylori müayinəsinin müalicədən sonra hava testi adlanan üsul və ya nəcisdə hp antigeni ilə yoxlanması daha düzgün hesab olunur.

Biopsiya nədir və nə üçün lazımlıdır?
Mədə xorası vaxtında müalicə olmazsa ağırlaşmalara səbəb ola bilər. Bunlara qanaxma, perforasiya ( deşilməsi ), penetrasiya (digər yanaşı orqanlara açılma)  və malignizasiya ola bilər.

Müalicəsi neçə müddət aparılır?
Müalicəsi adətən 6-8 həftə müddətində aparılır. 

Yazva xəstəliyinin şiddətlənməsi zamanı hansı “Pəhrizə” riayət etmək lazımdır?
Pəhriz  də dərman vasitələri qədər müalicədə vacib sayılır. İlk 2 həftə ərzində sıyıq, kisel, bulyon, kompot kimi selikli qişanı qiciqlandirmayan qidalardan istifadə edilməlidir.


Pasientlərə son sözünüz?
Sağlam ruh arzu edirəm. Bunlar olarsa mədə xəstəlikləri, həmcinin bir çox  xəstəliklərdən uzaq olacaqlar.

Müəllif: "Terapevt-qastroenteroloq" Dr. Nüşabə Qənbərova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan