Uşaqlarda qalxanvari vəzin böyüməsi:
Son zamanlar bir çox hallarda uşaqlarda qalxanvari vəzin böyüməsinə rast gəlinir. Bunu yadda saxlamaqla valideynlər çox diqqətli olmalı və qalxanvari vəzin böyüməsinə şübhə yarandığı halda tez bir zamanda həkimə müraciət etməlidirlər.
Qalxanvari vəzin böyüməsinə “zob” da deyirlər. Zob qalxanvari vəzi hormonlarının həm artması (hipertireoz), həm də azalması (hipotireoz) ilə müşayiət edilə bilər. Əksər insanlarda isə zob olmasına baxmayaraq hormonal fon norma daxilində olur.
Qalxanvari vəzin böyüməsi zamanı sinir oyanıqlığı, ağlağanlıq, yaxşı iştahanın olması fonunda arıqlama, tez yorulma, ürək döyüntüləri sayının artması, fiziki gərginlik zamanı narahatlıq və s. bu kimi müxtəlif əlamətlər qeyd edilə bilər. Bu zaman həmçinin uşaqların xaricı görünüşündə boyunun yoğunlaşması, göz almalarının isə qabarması (onlar sanki göz orbitindən xaricə çixmış kimi görünürlər) əlamətləri də olur.
Müəllif: "Cərrah Endokrinoloq" - Dr. Jalə Aslanova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir