Süni yolla tireoid hormon sintez edən farmasevtik sənayenin uğurları sayəsində müasir endokrinologiyada hipotireoz effektiv şəkildə müalicə olunur. Terapiya orqanizmdə çatışmayan tireoid hormonların onların sintetik analoqu – levotiroksinlə (L-tiroksin) əvəzlənməsi ilə aparılır.
Manifest (kliniki) hipotireoz zamanı pasiyentin yaşından və yanaşı gedən patologiyalardan asılı olmadan əvəzedici terapiya təyin olunur. Preparatın dozası fərdii qaydada seçilir. Hamiləliyin planlaşdırılması və ya hamiləlik dövründə latent (subklinik) forma aşkarlandıqda mütləq tireoid hormonların sintetik analoqu qəbul edilməlidir.
Əksər hallarda müalicənin birinci həftəsindən xəstənin ümumi vəziyyəti normallaşır. Klinik əlamətlər adətən bir neçə ay ərzində tamamən aradan qalxır. Yaşlı şəxslər və zəif insanlar preparata ləng reaksiya verir. L-tiroksinin həddindən artıq qəbulu stenokardiya, səyrici aritmiya ehtimalını yüksəltdiyindən ürək-damar xəstəliklərinin rast gəlindiyi pasiyentlərdə preparatın dozasına xüsusi diqqət yetirmək lazımdır.
Müəllif: "Cərrah Endokrinoloq" - Dr. Jalə Aslanova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir