Uşağın boyunun artmasına praktiki olaraq bütün endokrin vəzilərin hormonal pozulmaları, qidalanma və bir sıra digər faktorlar da təsir edir.
Uşaqlarda boy artımının ləngiməsinin daha çox rast gəlinən səbəblərindən biri hormonal pozğunluq olan qalxanvari vəzin funksiyasının pozulması anadangəlmə və ya qazanılma hipotireozdur.
Anadangəlmə hipotireoz artıq südəmər dövründən uşağın boy artımının ləngiməsi şəklində özünü büruzə verir. Belə uşaqlar, adətən, əzgin, yuxulu, az hərəkətli, dəriləri quru, əl və ayaqları soyuq, səsləri kobud, dilləri isə daim ağızdan kənara çıxarılmış şəkildə olur.
Hipotireoz daha çox hallarda qazanılmış olur. Normal şəkildə boy atan və inkişaf edən uşaq müəyyən bir müddətdə öz yaşıdlarına görə boy artımında ləngiməyə başlayır, onda əzginlik, yuxululuq, qəbizlik və digər hallar qeyd edilir. Əgər hipotireoz diaqnozu təstiq edilərsə, orqanizmdə hormon çatışmazlığını bərpa etmək üçün uşağa hormonal preparatlardan ibarət müalicə təyin edilir.
Sümük yaşını və qanda boy hormonunun miqdarını bilmədən heç bir hormonal müalicəyə başlamaq düzgün deyil!!!
Müəllif: "Endokrinoloq-dietoloq" Dr. Lalə Şamxalova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir