Qalxanvari vəzin xəstəliklərinin hamısına el arasında "ZOB" deyilir. Ancaq o bu xəstəliklərə yanaşma fərqlidir. Qalxanabənzər vəzin xəstəlikləri özünü vəz funksiyasının artması (hipertireoz), azalması (hipotireoz) və ya dəyişməməsi (eutireoz) şəklində göstərir.
Hipoteriozun simptomları:
-Belə insanlar özünü daim halsız, süst hiss edir, çoxlu yatır, lakin buna baxmayaraq yuxudan doymur, tez yorulur.
-Hipotireozu olan insanlar daim üşüyür, isti otaqda olmaq xoşlayırlar. Adi sağlam insan üçün çox isti olan otaq bu insanlar üçün komfortludur.
-Hipotireoz bədən çəkisinin "səbəbsiz" artmasına gətirib çıxarda bilər.
Hipoteriozdan əziyyət çəkən insanların bir çoxusunda anemiya (qanazlığı) inkişaf edir.
Hipoterioz zamanı xəstədə tez-tez təkarlanan baş və bel ağrıları olur.
-Hər iki cinsdə cinsi istəyin zəifləməsi
-Qəbizlik.
Hipotireoz insanın xasiyyətində də dəyişikliklərə səbəb olur. Xəstələr ləng, ağır olur, heç nə ilə maraqlanmır, depressiyaya düşür. Onların nitqi ləng, mimikası az ifadəli olur. Xəstələrin yaddaşı və intellekti zəifləyir.
Müəllif: "Endokrinoloq-dietoloq" Dr. Lalə Şamxalova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir