Autoimmun tiroidit və ya Haşimoto xəstəliyi qalxanvari vəzinin və immun sisteminin xroniki xəstəliyidir. Xəstəlik qadınlarda daha tez-tez inkişaf edir, ancaq kişilərdə də rast gəlinir.
İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir. Daha sonra immun sisteminin hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu isə hipertireozun simptomlarının inkişafına səbəb olur - taxikardiya (nəbzin sürətlənməsi), kəskin arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez dəyişilməsi, yuxusuzluq və s.
Xəstəlik inkişaf etdikcə qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və nəticədə xəstədə hipotireozun simptomları meydana çıxır - çəkinin "səbəbsiz" artması, dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq, nəbzin zəifləməsi, yaddaşın pozulması və s. Xəstəlik uzun illər ərzində inkişaf edir. Adətən xəstədə qalxanvari vəzi böyüyür, "zob" əmələ gəlir.
HAŞİMOTO XƏSTƏLİYİ ZAMANI HORMONAL POZULMA YOXDURSA, HEÇ BİR HORMONAL MÜALİCƏYƏ EHTİYAC YOXDUR!!!
Müəllif: "Endokrinoloq-dietoloq" Dr. Lalə Şamxalova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir