Şəkərli diabet

Şəkərli diabet

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-11
Şəkərli diabet
Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.

Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?

Sidik yollarının infeksiyası 
Dəri büküşlərində dərinin rənginin tündləşməsi (dirsək və boyun büküşləri)
Bulanıq görmə
Qaşınma
Çəkinin azalma və ya artması
Dəridə və ağızda quruluq
Sidik ifrazının tezləşməsi
Ayaqlarda keyimə, uyuşma və soyuqluq hissi və s.

Kimlər şəkərli diabetə görə risk qrupuna daxildirlər?
Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə 1ci dərəcəli qohumlarda);
Artıq çəkisi olanlar (BKİ≥25 kg/m2);
Yüksək qan təzyiqi olanlar (A/T ≥140/90 mm.cv.st);
Triqliseridlərin yüksək (≥250 mq/dl) və ya HDL xolesterin ≤3.5 mg/dl olması;
4 kg və daha artıq uşaq dünyaya gətirən qadınlar;
İnsulin hormonunun artıqlığı;
Qalxanvari vəzin xəstəliləri (zob);
Yumurtalıqların polikistozu sindromu və s.



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan