Diabetik pəncə sindromu

Diabetik pəncə sindromu

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-11
Diabetik pəncə sindromu
Diabetik pəncə şəkərli diabetin ağır fəsadlarından biridir. Diabet xəstəliyi zamanı xəstələrin ayaqlarında həssaslıq azalır və bunun nəticəsində oynaqlarda və sümüklərdə ağır deformasiyalar və zədələmələr inkişaf edir.

Diabet xəstəsi bu kimi zədələlənmələrə yol verməməlidir:

-ayaqlarda təsadüfi kəsiklər və sıyrıntılar;
-yanıqlardan sonra qabarcıqların əmələ gəlməsi;
-ayaqlarda və dırnaqlarda göbələk (xüsusilə barmaqlar arasında);
-
dırnaqların dəriyə girməsi,
-
pəncələrdə və barmaqlarda qabarlar,
-
göyərmələr və qançırlar

Diabetik ayaq əmələgəlmə riski kimlərdə yüksəkdir?
-
Periferik arterial xəstəliyi olanlar;
-
Diabet xəstəliyi 10 ildən artıq olanlar;
-
Ayağa düzgün qulluq etməyənlər;
-
Qan şəkərləri yüksək olanlar;
-Piylənməsi olanlar;
-
Siqaret və alkoqoldan istifadə edənlər;
-
Uyğun olmayan ayaqqabı geyinənlər;
-
Dırnaqlar düzgün kəsilməyəndə;
-
Ayağa düzgün qulluq olmayanda;
-
Kəsici-itici alətlərin istifadəsində diqqətsizlik edəndə;
-
Ayağında deformasiyası olanlar və s.

Xəstə bilməlidir ki, hətta ən cüzi zədələnmə çətin və gec sağalan xoraya keçə bilər. Xoraya bakteriyalar düşdükdə xəstədə qanqrena inkişaf edə bilər.

Müəllif: "Endokrinoloq-dietoloq" Dr. Lalə Şamxalova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan