Tor qişasının qopması

Tor qişasının qopması

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-05
Tor qişasının qopması
Əksər hallarda tor qişasının qopmasının ilkin əlamətləri fotopsiyalar (göz önündə «işıltılar», «ildırımlar», «qığılcımlar») olur.
Tor qişasının qopması baş verdiyi zaman göz önündə pərdə və ya tor şəklində qaranlıq sahələr yaranır. Görmə qabiliyyəti tez bir zamanda zəifləməyə başlayır. Yalnız səhər saatlarında bəzi pasientlər gözün görmə qabiliyyətinin bir qədər yaxşılaşdığını müşahidə edə bilər.

Tor qişasının qopması baş verən gözün önündə qara pərdə yarandığına görə görmə sahəsi azalır, sonradan isə bu vəziyət tor qişasının bütün sahəsi üzrə yayılaraq gözün gürmə qabiliyyətinin itkisinə gətirib çıxarır.

Əgər tor qişasının qopmasının şübhəsi varsa, pasientin gözünün hər tərəfli müayinəsi tələb olunur. Tor qişasının qopmasının erkən diaqnostikası görmə qabiliyyətinin qaçırılmaz itkisinin qarşısını almağa imkan yaradır.

Müəllif: Cərrah "Оftalmoloq" Dr. Lalə Paşayeva


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan