Övladınız televizor izləyərkən nəyə diqqət yetirmək tövsiyəlidir

Övladınız televizor izləyərkən nəyə diqqət yetirmək tövsiyəlidir

Опубликовано в: BLOQ | 2019-07-05
Övladınız televizor izləyərkən nəyə diqqət yetirmək tövsiyəlidir
Uşağınızın görmə qabiliyyətini qoruya biləcək birinci və ən vacib qayda – televizora baxma vaxtını məhdudlaşdırmaqdır.
Televizora baxma şəraitini müvafiq olaraq uyğunlaşdırın. İlk növbədə, uşağınızın televizora qaranlıqda baxmasına imkan verməyin. Çünki televizor işığının dəyişkənliyi görmə qabiliyyətinə mənfi təsir edə bilər.

Uşağınızı televizorun qarşısında düz əyləşdirin, bucaq altında əyləşdirməyin. Çalışın ki, televizor və uşaq arasında 2,5-3 m-dək məsafə olsun.

Diqqət! Əgər uşağınız cizgi filmlərini izləyərkən televizora çox yaxın məsafədə əyləşirsə, bu, artıq Sizin üçün bir siqnal olmalıdır. Bu zaman övladınızı həkim-oftalmoloqun müayinəsindən keçirmək məsləhətlidir.

Müəllif: Cərrah "Оftalmoloq" Dr. Lalə Paşayeva


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan