Yoğun bağırsağın Kəskin psevdo-obstruksiyası

Yoğun bağırsağın Kəskin psevdo-obstruksiyası

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-05
Yoğun bağırsağın Kəskin psevdo-obstruksiyası, yogun bagirsagin keskin psevdo obstruksiyasi

Yoğun bağırsağın kəskin psevdo-obstruksiyası (kolonun kəskin psevdo-obstruksiyası, KKPO) əsasən ağır tibbi və cərrahi xəstəliklərlə hospitalizasiya olunmuş xəstələrdə mexaniki obstruksiya olmadan kolonun xeyli dilatasiyası ilə müşahidə edilən sindromudur. KKPO mexaniki obstruksiya olmadan bağırsağın keçirilməzliyi əlamətləri və simptomları ilə müşahidə edilən yoğun bağırsağın xeyli genişlənməsidir. KKPO hallarında bağırsağın spontan perforasiyası 3-15% hallarda baş verir və bu cür hallarda mortalite 50%-dək yüksəlir. KKPO-nun klinikası ədəbiyyatda geniş təsvir edilib. Lakin, KKPO-nun geniş və detallı təsvirinə baxmayaraq, onun diaqnostikası hələ də xeyli çətinlik törətməkdədir.

Müalicə:
KKPO müalicəsi xəstələrin kliniki vəziyyətindən asılı olaraq qəbul edilə bilər. Bəzi xəstələrdə konservativ metodlarla müalicə və onların yaxından müşahidəsi kifayət edir. Digərlərində isə tibbi və ya endoskopik dekompressiyanın aparılmasına dair qərar verilə bilər. KKPO olan xəstələrdə yekun nəticələr bir çox faktordan asılıdır. Xəstənin əsas xəstəliyinin ağırlıq dərəcəsi KKPO-nun aradan qaldırılmasına böyük təsirə malikdir. Xəstənin yaşı, kor bağırsağın diametri, dekompressiyanın gecikdirilməsi və bağırsağın ümumi vəziyyəti yekun nəticələrə və mortaliteyə xeyli təsir etmiş olur.

Müəllif: "Qastroenteroloq-hepatoloq" Dr. Şahnaz Atayeva 



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan