Dr. Şahnaz Atayeva:" İlk öncə qidalanmaya diqqət etmək lazımdır"

Dr. Şahnaz Atayeva:" İlk öncə qidalanmaya diqqət etmək lazımdır"

Опубликовано в: MÜSAHİBƏ | 2019-07-05
Dr. Şahnaz Atayeva:" İlk öncə qidalanmaya diqqət etmək lazımdır"
Əvvəlcə, özünüz barədə məlumat verin, zəhmət olmasa.
- 2005-ci ildə Tibb Universitetinin müalicə proflaktika fakültəsinə daxil olmuşam. 2011-ci ildə oranı bitirmişəm. 1 saylı kliniki mərkəzdə rezerantura keçmişəm. Türkiyənin Qazientep, Anakara şəhərlərində, eləcə də Almaniyada təcrübə keçmişəm. Avrasiya klinikasında həkim assisenti olaraq çalışmışam. 2017-ci ildə “Güvən” klinikasında çalışıram. 

Son zamanlar daha çox hansı xəstəliklərlə bağlı sizə müraciətlər olunur?
- Daha çox qastritlər, erroziyalar, mədə xoraları, virus hepatitləri, qaraciyər yağlanması və s. kimi xəstəliklərə rastlaşırıq. 

Bu xəstəliklərin başlıca səsəbi nədir?
- Ən başlıca səbəbi düzgün olmayan həyat tərzi, düzgün qidalanmamaq. Bundan başqa mədə bakteriyaları, hədsiz alkol və siqaret də bu xəstəliklərə yol açır. 

Bəs sözügedən xəstəliklər genetik ola bilirmi?
- Genetik xarakter daşıyan xəstəliklər də var. Məsələn, bir sıra qaraciyər xəstəliyi.Bağırsağın iltihabi xəstəlikəri,duodenal xoralar və s.

Siz bu xəstəlikləri daha çox əməliyyatla, yoxsa müalicə üsulu ilə aradan qaldırırsınız?
- Biz daha çox qapalı əməliyyatlar edirik. Açıq əməliyyatlardan istifadə etmirik. Məsələn, poliplər gördükdə, yad cisimlər müşahidə etdikdə onları kəsib götürürük, qanayan xoraların qarşısını alırıq və s. Ümumilikdə daha çox dərman preparatları ilə müalicəyə üstünlük veririk. 

Bu üsulla xəstənin sağalması üçün nə qədər vaxt lazım gəlir?
- Bu, xəstənin qidalanma tərzinə və saxladığı pəhrizə bağlıdır. 

Bəzən yeməklə adi su, ya da qazlı içkilərdən istifadə edirik. Bu, nə dərəcədə doğrudur?
- Qidayla eyni vaxta qazlı suyun qəbul edilməsi yanlışdır. Çünki mədə çox yüklənir və həzm prossesi ləngiyir. Üstəlik qarındaxili təzyiq artır və nəticədə reflüks şikayətlər başlayır. Mədədə yanma, göynəmə və s. kimi hallar olur. Ümumiyyətlə, maye ya yeməkdən bir saat öncə və ya sonra qəbul olunmalıdır. 

Hansı yaş qrupuna aid olan fərdləri müayinə və müalicə edirsiniz?
- 15 yaşdan yuxarı fərdlrəi müayinə və müalicə edirik. Eyni zamanda hamilə qadınlarla da məşğul oluruq. 

Mədəkiçiltmə əməliyyatına necə baxırsınız?
- Bariatik cərrahiyə öz sözünü demiş bir cərrahiyə növüdür. Amma bu əməliyyat hər çəkisi artıq olan adama tətbiq oluna bilməz. Ən azından bədən kütlə indeksi 30-35-dən artıq olan insanlara tətbiq olunur. Çünki riskli bir əməliyyatdır. Ümumiyyətlə, çəkisi artıq olan insanlara çəki probleminin səbəbi araşdırılır. Məsələn,altda yatan metabolik,tiroid xəstəlikləri kimi. İlk öncə belə insanlara pəhriz, aktiv həyat tərzi və müalicə tətbiq olunur. Nəticə əldə olunmazsa bariatrik cərrahiyyəyə üz tutulur.

Qaraciyər piylənməsi də günümüzdə olan problemlərdən biridir. Bununla necə mübarizə aparmaq olar?
- İlk növbədə qidalanmaya diqqət etmək lazımdır. Fast-foodlardan uzaq olmaq gərəkdir. Həftədə ən azndan dörd dəfə 30 dəq sürətlə yerimək lazımdır. Çünki bu zaman yağlar yanır. 

Qara ciyərin piylənmə səbəbi nədir?
- Piylənmə iki cür olur. Biri içkiyə bağlı olan, digəri isə olmayan. maddələr mübadiləsinin pozulması, hepatiti “c”nin olması, şəkərin mövcud olması və s. kimi hallar hepatosteatoza,yəni qaraciyər yağlanmasına səbəb olur.

Son olaraq, nə demək istəyirsiniz?
- Demək istəyirəm ki, insanlar qida rejiminə ciddi fikir versinlər. Fast-food, qazlı içkilər, siqaret, alkoldan uzaq dursunlar. Ən başlıcası, həkimə vaxtında müraciət etsinlər. Çünki vaxtında edilən müayinə və müadxilə pasienti daha ciddi xəstəliklərdən və təhlükələrdən xilas edir.

Müəllif: "Qastroenteroloq-hepatoloq" Dr. Şahnaz Atayeva


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan