Ani ürək durması və ürək fəaliyyətinin geri döndürülməsi

Ani ürək durması və ürək fəaliyyətinin geri döndürülməsi

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-05
Ani ürək durması və ürək fəaliyyətinin geri döndürülməsi

ANI ÖLŪM - Sağlam və ya sağlam kimi görūnən bir insanın anidən vəziyyətinin pisləşməsi və ölməsi deməkdir.

Ani ölüm kardioloji mənşəli və qeyri kardioloji mənşəli ola bilər.
Bu da bir neçə faktora bağlıdır.
-Ūrək xəstelikleri (miokard infarktı, ritmin və keçiriciliyin ağır pozulmaları, ürək mədəciklərinin taxikardiyası, fibrilasiyası, tam atrioventrikulyar blok, (Morgan- Adams -Stoks sindromu ilə müşayiət edən);
-Miokardın yaralanması və əzilməsi;
-Elektrik cərəyanı ilə zədələnmələrdə, ağır allergik reaksiyonlar (anafilaktik şok);
Mərkəzi mənşəli qan dövranı pozulmaları (insult, kəllə-beyin zədələnmələri), ağciyər arteriyasının tromboemboliyası, qapalı pnevmotoraks,(gərgin pnevmotoraks), hipoksiya, kəskin zəhərlənmə, böyūk dozada verilən dərmanlar, suda boğulma, donma və s.

Ūrek durmasının mənşəyi nə olursa-olsun, klinik əlamətlər eynidir.

KLINIK ƏLAMƏTLƏR:
(Klinik belirtilər)-şüurun itməsi (bilincin itməsi);
-böyūk arteriyalarda nəbzin olmaması (yuxu və bud arteriyalarında);

-tənəffüsün durması, yaxud anidən aqonal tənəffüsün meydana çıxması;

-Göz bəbəklərinin genişlənməsi;
-Dərinin rənginin dəyişmesi (sianoz)

Bu əlamətlərdən öndə gələn ūç simptomun olması, ūrəyin doğrudan ani durmasının mūtləq kriteriyalarıdır.

Ūrək fəaliyyətinin anidən durması, təcili tədbirlərin görülməsini gərəkdirir.

Reanimasyon tədbirlər nəticəsində ani ūrək durmalarının ancaq 30%-nı həyata döndūrmək mümkün olur ki, bunların da təxminən 10%-i öncəki həyat tərzini yaşaya bilirlər.....

SAĞLAMLİĞİNİZİN QAYĞISINA SAĞLAMKƏN QALİN.

Müəllif: "Kardioloq" Dr. Şəhla Baxşıyeva (Paşayeva)



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan