İmplant əməliyyatı ilk öncə anesteziya ilə başlayır. Standart implant əməliyyatı, pasiyentin istəyinə görə ümumi anesteziya və ya sedasiya istəyi, ya da adətən lokal anesteziya ilə edilir. Yəni sadəcə implant ediləcək nahiyyə lokal anesteziya maddələrilə keyidilir. Nəticədə pasiyent əməliyyat zamanı heç bir prosesi hiss etmir. Düzgün tətbiq edilən lokal anesteziya beyinlə implant yerləşdiriləcək nahiyyələr arasındakı əlaqəni kəsdiyinə görə həmin nahiyyələrdə qətiyyən ağrı hiss edilmir.
Lokal anesteziya tətbiqindən sonra implant yerləşdiriləcək nahiyyə cərrahi qaydalara uyğun şəkildə açılır. Daha sonra dişsiz nahiyyədə xüsusi driller yardımı ilə implant yuvası açılır. Bu əməliyyat çox yavaş və atravmatik olaraq edildiyindən pasiyent əməliyyatdan sonra heç bir ağrı duymur. Açılmış implant yuvasına uyğun ölçüdə uzunluq və boyda diametrdə implant yerləşdirilir. Əməliyyat nahiyyəsi tikişlər yardımı ilə örtülür və gözləmə müddəti başlayır. Əgər əməliyyat nahiyyəsi ön bölgədədirsə və immediat implantasiya yükləmə qaydalarına uyğundursa, eyni seansda pasiyentin müvəqqəti protezləri taxıla bilir.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir