Alkoqol və qaraciyər mübarizəsi

Alkoqol və qaraciyər mübarizəsi

Опубликовано в: BLOQ | 2019-07-02
Alkoqol və qaraciyər mübarizəsi

Etil spirti bizim orqanizmimizin zərərsizləşdirə bildiyi yeganə spirtdir. Digər spirtlər orqanizmdə parçalanıb çox zəhərli maddələrə çevrilir və insanı öldürür. Bizim qəbul etdiyimiz etil spirti mədə və nazik bağırsaqdan qana sorulur, qaraciyər tərəfindən zərərsizləşdirilir. Alkoqol qaraciyərdə alkoqoldehidrogenaza fermentinin təsiri ilə asetaldehidə, o aldehiddehidrogenaza fermenti vasitəsilə sirkə turşusuna sonuncu isə karbon qazı və suya parçalanır. Alkoqolun parçalanma prosesində əmələ gələn asetaldehid çox zəhərli maddədir və qaraciyər hüceyrələrinin zədələnməsinə səbəb olur.

İçkidən sonrakı sindrom (“paxmel sindromu”)

Bizim qaraciyərimizin işinin effektiv olması üçün su tələb olunur. Alkoqolun isə diuretik təsiri var və dehidratasiya (susuzlaşma) törədir. Bu qaraciyəri bədənimizin mümkün mənbələrindən su toplamağa zorlayır, və budur ciddi dehidratasiya səbəbindən içdiyiniz uzun gecənin səhəri siz kəskin baş ağrısı, əzginlik, halsızlıqla oyanırsınız.

Ancaq bu hamısı deyil

Normalda qaraciyərə gələn maddələrin içində ilk öncə yağlar parçalanıb qana və oradan digər orqanlara ötürülür. Gələn maddələrin içində alkoqol varsa öncəlik alkoqola verilir. Alkoqol parçalandığı üçün yağların parçalanması ləngiyir və onlar qaraciyərdə toplanıb qalmağa başlayır. Qaraciyər yağlanması əmələ gəlir.

Daim içən şəxslərdə qaraciyər həmişə gərgin vəziyyətdə olur və alkoqol hepatitinin yaranması ilə nəticələnir. Əgər qaraciyərin idarə edə bildiyindən artıq alkoqol qəbul edirsinizsə, qaraciyər gərgin işlədikcə yağ sizin qaraciyərinizdə toplanmağa başlayır. Bu qaraciyərdə iltihab və piylənməyə səbəb olur. Alkoqoldan başqa qaraciyərin piylənməsinə qeyri sağlam diet, həddən artıq kök olmaq, idmanın olmaması və hərəkət azlığı (hipodinamiya – müasir dövrün əsas problemi), yüksək xolesterin, diabet, hepatit b və hepatit c virus infeksiyaları da səbəb ola bilər.

Əgər siz normadan artıq köksünüz və həm də içirsinizsə bu sizin qaraciyərin zədələnmə riskini artırır. Əgər sizdə qaraciyər piylənməsi varsa həm də içirsinizsə bu sizdə alkoqol hepatiti yaradacaq. Alkoqol hepatiti inkişaf etdikdən sonra içməyə davam edirsinizsə alkoqol sirrozu əmələ gələcək.

Müəllif: "İnfeksionist-Hepatoloq" Mərdan Əliyev



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan