Lupus xəstəliyi

Lupus xəstəliyi

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-02
Lupus xəstəliyi
Bu ağır autoimmun xəstəlik zamanı orqanizmin birləşdirici toxuması zədələnir.
Xəstəlik, əsasən, 20-40 yaşlar arası qadınlarda inkişaf edir (10 xəstədən 9-u qadındır). Xəstəlik xronikidir, tam müalicə olunmur. Xəstəliyin kəskinləşməsi zamanı uzunmüddətli terapiya tələb olunur.
Xəstəliyin əmələ gəlmə səbəbləri tibdə hələ ki məlum deyil. Belə hesab olunur ki, bu xəstəliyin inkişafında əsas rol genlərin mutasiyaları oynayır. Digər risk faktorları arasında:
- bəzi viruslar (sitomeqalivirus, Epşteyn-Bar virusu, hepatit C)
- 
toksiki maddələrlə təmasda olma
- 
bəzi dərman preparatların qəbulu
- 
siqaret çəkmək.
Xəstəliyin ən xarakterik simptomu xəstənin yanaqlarında və burnun üst hissəsində qırmızı səpgilərin olmasıdır. Səpgilər birləşərək "kəpənək" formanı alır. Bəzən səpgilər boyunda, sinədə, əllərdə və pəncələrdə də əmələ gəlir.

Xəstəliyin diaqnostikası və müalicəsi revmatoloqlar tərəfindən həyata keçirilir. 

Müəllif: "Qastroenteroloq", "Revmatoloq" Dr. Çinarə Səfərova 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan