Hiperprolaktinemiya

Hiperprolaktinemiya

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-02
Hiperprolaktinemiya
Hiperprolaktinemiya qanda hipofiz hormonu olan prolaktinin səviyyəsinin yüksəlməsi ilə müşayiət olunan vəziyyətdir. Hiperprolaktinemiya cavan 25-40 yaşlı qadınlarda daha çox və nadir halda eyni yaşlı kişilərdə rast gəlinir.
Prolaktin səviyyəsini yüksəldən səbəblər müxtəlifdir:
Hipofizin şişi (adenoma) - ən çox rast gəlinən səbəbdir. Adətən, bu şişlər çox kiçik (2-3 mm) olur. Şiş sözü ilə həkimlər hipofizin ölçülərinin böyüməsini nəzərdə tuturlar. Bu xəstəlik xərçəng deyil, xoşxassəli törəmədir.
- qalxanvari vəzinin hipofunksiyası (hipotiroz);
- yumurtalıqların xəstəlikləri (polikistoz sindromu);
bəzi dərmanların qusma əleyhinə (cerukal), antidepressantlar (amitriptilin), yüksək estrogen tərkibli oral kontraseptiv tabletlərin qəbulu;
- qaraciyər sirrozu;
- xroniki böyrək çatışmazlığı (hemodializdə olan xəstələrin 65% - də rast gəlinir);
 
baş beyin xəstəlikləri (meningit, şiş).
Hiperprolaktinemiya sindromu xanımları hamiləlikdən kənar döşdən süd ifrazı, sonsuzluq və aybaşı pozuntusu narahat edir. Kişilərdə cinsi isteyin azalması bəzən süd ifrazı müşahidə olunur. Bəzi hallarda bədəndə tüklənmə, civzələrin əmələ gəlməsinə meyl müşahidə olunur. Şiş böyüyüncə isə baş ağrıları və görmənin zəifləməsi qeyd oluna bilər.

Müəllif: "Qastroenteroloq", "Revmatoloq" Dr. Çinarə Səfərova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan