Protruziya daha tez-tez onurğanın bel, sonra boyun və nadir hallarda döş hissəsində inkişaf edir. Protruziyanın yerləşməsindən asılı olaraq xəstədə xarakterik ağrılar və müxtəlif pozulmalar meydana çıxır.
Protruziya onurğanın bel hissəsində hətta 18 yaşında inkişaf edə bilər. Simptomları arasında: bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar uzunmüddətli oturma, uzanma, yerimə və ya ayaq üstə dayanma zamanı inkişaf edir. Bəzən ağrılar çox güclü, kəskin, dözülməz olur. Xəstəlik inkişaf etdikcə ayağın arxa hissəsində (sağrıdan pəncəyə kimi) dartıcı ağrılar əmələ gəlir, pəncələr keyiyir, sancma hissi yaranır. Həmçinin xəstəni baş ağrıları da narahat edə bilər. Ağır hallarda yerişin, defekasiyanın pozulmaları, iflic inkişaf edə bilər.
Protruziyanı əməliyyatsız müalicə etmək mümkündür.
Lakin bunun üçün xəstəliklərin ilkin mərhələlərində həkimə müraciət etmək lazımdır.
Müəllif: "Travmatoloq-ortoped" Dr. Nicat Bağışov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir