Kubital tunel sindromu dedikdə dirsək sinirinin dirsək oynağı nahiyyəsində sıxılaraq zədələnməsi nəzərdə tutulur. Sinir bu nahiyyədə səthi yerləşdiyi üçün sıxılmaya və travmaya çox tez məruz qalır.Bu zaman pasiyent dirsəkdən başlayaraq 5-ci və 4-cü barmaqlara qədər yayılan ağrıdan, keyləşmədən, şişkinlikdən və gücsüzlükdən şikayət edir.Zaman ötdükcə əli tam açmağa çalışdıqda 4 və 5-ci barmaqlar düzlənmir ,geriyə doğru əyilirlər.Bu sindroma daha çox uzun müddət iş masasının arxasında çalışanlarda, həmçinin stomatoloqlarda , dülgərlərdə, tenisçilərdə və s. rast gəlinir.
Müəllif: "Travmatoloq-ortoped" Dr. Nicat Bağışov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Müəllif: "Travmatoloq-ortoped" Dr. Nicat Bağışov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir