Əyriboyunluq

Əyriboyunluq

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-01
Əyriboyunluq
Diaqnozu əsasən klinik müayinələrə əsasən qoyulur.Həmçinin boyun fəqərələrinin A-P və Lateral rentgen,SKM əzələsinin USM müayinəsi,oftalmoloq müayinəsi olunur.
Müalicə.Bu xəstəlik müalicə olunmadıqda özü-özünnən keçə bilən və ya kranialfasial assimmetriya ( baş və üzdə simmetriyanın pozulması) səbəb ola bilir.Əksər hallarda bir neçə aylıq gərmə müalicəsi (yenidoğulmuşlarda valideynlər qısalmış SKM əzələsini uzatmaq üçün yumşaq şəkildə passif gərmə hərəkətlərini edə bilər,daha böyük uşaqlarda 6-8 aydan yuxarı aktiv gərmə hərəkətləri edilir) və düzgün pozisiya( Uşaq əmizdirilərkən çənəni patologiya olan tərəfə doğru döndürüləcək şəkildə tutmaq,çənəni patologiya olan tərəfə döndürmək üçün oyuncaqları o tərəfə yerləşdirmək və ya o tərəfdən vermək).Müalicənin effektliyi müalicə başlama vaxtından( daha erkən müalicə),edilən düzgün konservativ müalicədən çox asılıdır.Daha gec müraciət olunan hallarda üzdə assimmetriya meydana çıxır,bu zaman cərrahi əməliyyat qaçınılmaz olur.Əməliyyat sonrası boyunluq və erkən fizioterapiya almağın vacibliyini unutmaq olmaz.Cərrahi əməliyyat nəticələr isə çox yaxşıdır.

Müəllif: "Travmatoloq-ortoped" Dr. İlkin Cəlilov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan