Uşaqlarda sümük ağrılarının ən çox səbəbləri hansılardır

Uşaqlarda sümük ağrılarının ən çox səbəbləri hansılardır

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-01
Uşaqlarda sümük ağrılarının ən çox səbəbləri hansılardır
1.Çəkilmiş dirsək-Mil sümüyü başının yarımçıxığı.Əsasən 6 ay- 4 yaş arası uşaqlarda rast gəlinir,ılindən tutaraq gəzdirilən uşağın yıxılması və ya tək əlindən tutub qaldıran( çəkən) zaman baş verir.
2.Reaktiv artrit.Əsasən 3-8 yaş arası grip və yuxarı tənəffüs yolları kimi infeksiyalar zamanı baş verir.Oynaqda ağrı və axsama ilə müşahidə olunur.
3.Septiki artrit.Təcili diaqnoztika edilməsi və müalicə olunması gərəkməkdədir.Adətən tək oynağı əhatə edir,yüksək qızdırma, ağrı hərəkət məhdudluğu zamanla dahada artır. 
4.Gecə ağrıları.Əsasən böyümə ağrıları olaraq adlandırılır,saatlarla davam edər və çox vaxtı öz özünə keçib gedər.Bəzən masaj və ağrıkəsicilərdə fayda verə bilər.
5.İdmanla məşğul olanlarda ağrı.Daha kiçik yaşlarda idmanla məşğul olan uşaqlarda əl və ayaq sümüklərində stress( yorulma) sınıqlarına bağlı ağrılar rast gəlmək mümkündür.
6.Bud sümüklərində epifiz sürüşməsi.Əsasən çəkisi artıq olan 10-12 yaşlı uşaqlarda rast gəlinir.Ani başlayan axsama,qalçadan dizə yayılan ağrı,yeriyərkən ayağı bayıra basma şəklində görülür.Erkən diaqnoz və müalicə çox vacibdir.
7.Kiçik yaşlı uşaqlarda revmatizma ağrıları.Adətən tək bir oynağı deyil,bir neçə oynaqda şikayətlərlə özünü biruzə verir.2 yaş ətrafı uşaqlarda daha çox rast gəlinir.Topuqda və dizlərdə azacıq şişkinlik və istilik artması ilə müşahidə olunur və axsayaraq yeriyirlər.
8.Xoş və Bəd xassəli sümük şişləri səbəbi ilə olan ağrılar.Əgər istirahət və ağrıkısicilər ilə şikayətləriniz keçməzsə mütləq həkimə müraciət etməyiniz məsləhət görülür.

Müəllif: "Travmatoloq-ortoped" Dr. İlkin Cəlilov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan