Yarımkəskin tireodit

Yarımkəskin tireodit

Опубликовано в: | 2019-06-29
Yarımkəskin tireodit
Yarımkəskin tireodit birdən- birə ortaya çıxan ağrılı qalxanvari vəz iltihabıdır.
Adətən virus mənşəli yuxarı tənəffüs yolu infeksiyasından sonra ortaya çıxır. Yarımkəskin tiroidit diaqnozu qoyulmuş bir çox xəstənin tiroiditin inkişafından öncə (adətən 2-8 həftə öncə) yuxarı tənəffüs yollarının infeksiyasını keçirməsi müəyyən edilir.

Bu xəstəliyin əsas xüsusiyyəti boynun ön hissəsində şiddətli ağrı olmasıdır və bu ağrı tək tərəfli olaraq qulaq və çənəyə yayılar.
( Bu səbəbdən xəstələrin çoxu ilk öncə LOR həkiminə müraciət edərlər).
Tiroid vəzi o qədər ağrılıdır ki, xəstə müayinə edilməsini və əllə toxunulmasını istəməz. 
Ağrı ilə yanaşı
halsizlıq, temperatur, əzələ, oynaq ağrıları, tiroid hormon artıqlığı (tireotoksikoz) əlamətləri ( əllərdə titrəmə, əsəbilik, taxikardiya,tərləmə, kilo itkisi) ola bilər!
Yarımkəskin tiroiditi olan xəstələrin müalicəsi əsasən tiroid vəzi ağrısının ve həssaslığın aradan qaldırılması, tireotoksikoz simptomlarının azaldılmasına yönəldilməlidir.

Müəllif: "Endokrinoloq" Dr. Aysel Cəfərova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan